Qobustan rayonunun Poladlı kəndində son bir həftədə 15-ə yaxın yeni doğulmuş quzu və buzov tələf olub. Təsərrüfat sahibi xəstəliyin ötən ilin dekabr ayından müşahidə olunduğunu bildirir. Belə ki, kənd sakini Araz Rüstəmovun təsərrüfatında baş verən ölüm halları artıb.
Araz Rüstəmovun sözlərinə görə, heyvanların müalicəsi üçün baytarın məsləhəti ilə alınan dərman xəstəliyə çarə olmayıb. Xəstəliyin müalicəsi üçün lazım olan vaksinin apteklərdə olmaması sahibkarın çarəsiz qalmasına səbəb olub. Hər gün heyvanlar arasında tələfat olur.
Rayon Baytarlıq İdarəsinə tələfatla bağlı məlumat verilib. İdarə həkimləri tərəfindən heyvanlara baxış keçirilib. Xəstə heyvanlardan götürülən nümunələr Dövlət Baytarlıq Xidmətinin Şamaxı şəhərində yerləşən laboratoriyasına göndərilib. Məlum olub ki, heyvanların kütləvi ölümünə səbəb paratif xəstəliyidir. Bu zaman heyvanlarda qızdırma, titrəmə, ishal kimi hallar müşahidə olunur. Xəstəlik qısa zamanda ölümlə nəticələnir. Hazırda heyvanların kütləvi ölümü davam edir. Son üç ayda 65-dən çox yeni doğulmuş iri və xırda buynuzlu heyvan ölüb. Heyvan sahibi isə yoluxucu xəstəliyin bütün kəndə yayılmasından narahatdır. Xəstəliyin qarşısının alması üçün sahibkar aidiyyəti qurumlardan kömək gözləyir.
Rəşid Rəsul
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB