İlk DOST Mərkəzi nə zaman açılacaq? RƏSMİ

İlk DOST Mərkəzi nə zaman açılacaq? RƏSMİ

İlk Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Mərkəzinin açılışı yaxın günlərdə baş tutacaq. SİA-nın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev xarici diplomatlarla ölkədə sosial islahatlara həsr olunmuş görüşü zamanı deyib.

Nazir qeyd edib ki, mərkəzin binasının tikintisi artıq başa çatıb. DOST Mərkəzinin yaradılması nazirliyin bütün xidmətlərinin bir məkanda toplanmasına imkan verəcək.

S.Babayev həmçinin müavinət və pensiyaların təyin olunmasının avtomatlaşdırılması məsələsinə toxunub. O xatırladıb ki, yanvarın 1-dən pensiyaların təyin olunması elektron şəkildə həyata keçirilir, aprelin 1-dən isə əlillik üçün müavinətin avtomatik təyin olunması işə düşəcək. Bundan başqa, sosial müavinətlər sisteminin də avtomatlaşdırılması planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə