"Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST layihəsi məşğulluq, əmək, sosial müdafiə və təminat sahələrində xidmətlərin innovativ həllərin tətbiqi üzərində, “bir pəncərə”, həmçinin operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında təqdim edilməsinə, vətəndaş məmnunluğunun artırılmasına şərait yaradır". SİA-nın məlumatına görə, bu sözləri bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xarici ölkələrin Azərbaycandakı səfirləri, müvəqqəti işlər vəkilləri və diplomatik korpus nümayəndələri ilə “Azərbaycan Respublikasında sosial islahatlar” mövzusunda keçirilən tədbirdə nazir Sahil Babayev deyib.
Nazir bildirib ki, hədəf 31 DOST Mərkəzinin yaradılmasıdır: "İmzalanan bu sənədlər sosial sahədə inqilabi xarakter daşıyan önəmli irəliləyişlərə səbəb olub. Minimum əməkhaqqının və minimum pensiyanın məbləği təxminən 40 faiz, 14 kateqoriya üzrə sosial müavinətlər və 7 kateqoriya üzrə Prezident təqaüdləri orta hesabla 100 faiz artırılıb. Minimum pensiya artımından sonra ölkəmiz MDB-də alıcılıq qabiliyyəti indeksi üzrə Qazaxıstanla ilk yeri bölüşür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB