Siyavuş Novruzov: "Əli Kərimli əsl tərbiyəsiz və mənəviyyatsız riyakardır"
Bəlli olduğu kimi, yanvarın 19-da dağıdıcı müxalifət partiyalarının və onların ətrafında olan təşkilatlarin keçirdikləri uğursuz mitinq bu düşərgə mənsublarının zəifliyini, cəmiyyət tərəfindən dəstəklənmədiyini göstərir. Bu, elə belə də olmalı idi. Çünki mitinqdə çıxış edən siyasi müxalifət partiya funksionerləri hələ də köhnə təfəkkür üzərində qalmaqdadırlar. Əsasən də, cəmiyyətə yeni, faydalı və konstruktiv heç nə təklif edə bilmirlər. Əbəs deyil ki, 25 ildən çoxdur dəyişməyən eyni simalar, eyni şüarlar, eyni populist və mənasız çağırışlar, əsassız ittihamlar, yalan vədlər, çıxışçıların qulaq yorucu səs tembrləri yenidən təkrarlandı. Radikallar öz yerlərində addımlamağa, daha dəqiqi isə, bir addım irəli getdiklərini sanarkən, iki addım geriyə çəkilməkdə davam edirlər. Bu reallıq, 100 minlərlə sağalam düşüncəli ictimai rəyin onları qəbul etməməsi ilə bağlı və birbaşa əlaqəsi olan danılmaz sübutudur.
Siyavuş Novruzov: "Əli Kərimli əsl tərbiyəsiz və mənəviyyatsız satqındır"
YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib ki, Əli Kərimlinin satqınçılıq, riyakarlıq, xəyanətkarlıq əməlləri indi də davam edir və o, heç də demokratik fikirli fərd deiyil, əksinə, avtorutar və özündən müştəbehdir: "Kimsə onun fikrinin əleyhinə çıxırsa, söz və fikir azadlığı irəli sürürsə, dərhal həmin şəxs partiya sıralarından xaric olunur. Digər partiya sədrlərinə qarşı da çox kəskin nifrət bəsləyir və altdan-altdan mübarizə aparır, onlar haqqında xoşagəlməz yazılar yazdırır. Yəni bütün hallarda Ə.Kərimli öz silahdaşlarını satıb".
Millət vəkili S.Novruzov Kərimlinin əsl tərbiyəsiz və mənəviyyatsız olduğunu da vurğulayıb: "Yəni ki, həyatda heç vaxt ali prinsipləri rəhbər tutmayan və siyasi fəaliyyətdə müqəddəs dəyər tanımayan Ə.Kərimlinin, ümumiyyətlə şəxsi mövqeyi olmayıb, xarici təşkilatların buna dediklərini təkrar edib və ya öz yaxın ətrafını satmaqla məşğul olub, idarə olunub. Xalq Cəbhəsi iki yerə bölünən dövrdə öz təşkilatını qeydiyyatdan keçirmək üçün iqtidarla bütün danışıqlara gedib. Mən bunun şahidiyəm, lazım olsa faktlarla, şahidlərlə sübuta yetirməyə hazıram".
"Virtualaz.org" saytının rəhbəri Eynulla Fətullayev isə AXCP sədri Ə.Kərimlini tənqid edərək, onu separatçılardan bəhrələnən hiyləgər satqın tülkü adlandırıb: "Gəlin Makiavellinin bir ifadəsini təkrar edib, bu sualı verək: şirlə tülkünü eyni arabaya qoşmaq olarmı? Florensiya Respublikasının ikinci dəftərxanasının birinci katibi insanların siyasi xarakteri barədə düşünərkən, siyasətçiləri şirlərə və tülkülərə bənzədirdi. Şirlər tələdən, tülkülər isə canavardan qorxurlar! Nikkolo belə düşünürdü. Amma şirlə tülkünü eyni qoşquda təsəvvür etmək mümkün deyil. Ən azı, ona görə ki, Azərbaycan siyasətinin tülküsü idi Ə.Kərimli".
Riyakarlara, doğrudan da, inanmaq olmaz!
E.Fətullayev, onu da vurğulayıb ki, bugünkü xalq-dövlət birliyini Ə.Kərimli kimi riyakar, satqın və xəyanətkarlar heç vaxt bağışlanmır. Ə.Kərimlinin dirijor çubuğu ilə idarə olunan "Milli Şura"nın erməni lobbisi ilə yanaşı, separatçılarla da iş birliyi aparması isə faktdır. Elə bir faktı xatırlatmaq kifayətdir: belə ki, "Milli Şura"nın aparıcı fiqurantlarından olan Eldəniz Quliyevin vaxtilə "Talış-Muğan Respublikası" deyilən separatçı qurumda Əlikram Hümbətovun yanında yer alması danılmaz faktdır. Bu gün hakimiyyətə iddialı olan Ə.Kərimlinin ən yaxın ətrafı separatçılığı dəstəkləyirlər və bu mövqe onun milli satqınçılıq fəaliyyətinin bariz sübutudur!
Xüsusilə də, son vaxtlar AXCP-"Milli Şura" cütlüyünün hakimiyyətin inqilabi islahatlarından güclü təlaş keçirərək, uğurları öz adlarına çıxarmaları isə, həyasızlığın və əxlaqsızlığın son həddə olduğunu sübut edir. Yenə də tülkü cildinə girən iblis görkəmli Ə.Kərimli "Milli Şura" ilə birlikdə siyasi xal qazanmağa cəhd göstərir, yanvarın 19-da keçirilmiş uğursuz mitinqinin "qələbəsi" kimi sərgiləyirlər. Riyakar satqın Ə.Kərimli elə sanır ki, guya onun növbəti mitinqinə "çox adam" qatılacaq. Ancaq Ə.Kərimli, istər tülkü ol, istər satqın, riyakar ol, nə Avropadakı söyüş müxalifəti, nə də onların havadarları Azərbaycanda mövcud sabitliyi və reallaşdırılan inqilabi islahatların qarşısını ala bilməyəcəklər. Çünki xalqın gözü tərəzidir və bilən, yaxşı bilir ki, Ə.Kərimli siyasi manipulyasiya edərək, təlaşını bu vasitə ilə gizlədir və sərsəm ideyaları ilə sosial şəbəkələrdə künc-bucaqlarda qalacaq. AXCP sədri buna 100% əmin ola bilər.
Göründüyü kimi, AXCP sədri adını işğal etmiş bu fərd barədə kifayət qədər təsdiqedici məlumatlar var və bu cür müxalifətin yeri isə, yalnız siyasi məzarlıqdır ki, artıq onların bu məzarları uzun illərdir ki, qazılıb. Sadəcə, Ə.Kərimli və ətrafı, yan-yörəsi siyasi ölümləri ilə barışmaq istəyində deyillər. Amma əvvəl-axır, özləri də olmasa, xalq-hakimiyyət birliyinin sarsılmazlığı belələrini o məzara göməcək, mütləq göməcək!
Rəfiqə HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB