"İmadədin Nəsimi və özbək ədəbiyyatı" TƏDBİR - SƏS TV

"İmadədin Nəsimi və özbək ədəbiyyatı" TƏDBİR - SƏS TV

"Kaspi" qəzeti, "Kaspi" Təhsil Şirkəti və Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə "İmadədin Nəsimi və özbək ədəbiyyatı" adlı konfans keçirilib. Nəsiminin özbək dilində çap olunan kitabının təqdimatı keçirilib. SİA-nın xəbərinə görə, konfransda ilk çıxış edən "Kaspi" qəzetinin təsisçisi Sona Vəliyeva bu ilin Prezident İlham Əliyevin imzaladığı sərəncam ilə "Nəsimi ili"elan edilməsini xatırladaq bildirib ki, bu addım dahi şairin haqqıdır: "Bugünkü tədbirin keçirilməsi böyük məna daşıyır. Bildiyiniz kimi bir neçə ay öncə Özbəkistanda olmuşduq və orada Hüseyn Cavidlə bağlı tədbir keçirilmişdi. Ümumiyyətlə, biz maarifçiliklə bağlı layihələr həyata keçirir, ədəbiyyatla əlaqədar ənənəvi mövzulara toxunur, onların genişləndirilməsi istiqamətində addımlar atılır. Hər il dahi ədəbiyyat xadimlərimiz tanınması, onlara həsr olunan nəşrlərin meydana gəlməsi ilə bağlı işlər görülür. Bugünkü tədbir də həmin işlərin davamıdır və düşünürəm ki, bu, davamlı olacaq".

Özbəkistan Azərbaycan əlaqələrindən söz açan S.Vəliyeva söyləyib ki, iki ölkə arasında əlaqələr tarixi köklərə dayanır: "Zaman-zaman bu əlaqələrə zərər vurmaq istəsələr də buna imkan verilməmişdi. Özbəkistan ədəbiyyatında Nəsimidən qaynaqlanan ziyalıların aşkarlanıb üzə çıxması göstərdi ki, biz bu xətti davam etməliyik".

Qəzetin təsisçisi qeyd edib ki, Azərbaycan ədəbiyyat xadimlərinin, mədəniyyətini təbliği istiqamətində mühüm işlər gedir: "Hesab edirəm ki, bugünkü tədbir başqa tədbirlərə tramplin rolunu oynayacaq".

Nəsimi yaradıcılığı haqqında fikirlərini bildirən S. Vəliyeva qeyd edib ki, Nəsiminin türk ədəbiyyatına təsiri misilsizdir: "O, ilahi eşq yolunda şəhid olan ikinci şairdir. Onun Əlişir Nəvai yaradıcılığına təsirini hiss edirik. Biz başqa şairlərin də bu xətdən bəhrələndiyini görürük. Nəsimi ideyalarından bəhrələnən şairlər onun haqqında gözəl əsərlər yaradıblar. Elə Nəsimi kimi tərki dünya dolanan insan kamilləşməsinin yalnız eşq yolu ilə həyata keçirildiyini ortaya qoyulub. Həm Azərbaycan, həm də özbək ədəbiyyatı bu izlərin ölməsinə imkan vermədi. Bu baxımdan düşünürəm ki, özbək ziyalılarımızla gördüyümüz işin çox böyük əhəmiyyəti var".

Daha sonra çıxış edən AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu vurğulayıb ki, Nəsimi kimi şəxsiyyətlər türk dünyasını bağlayan bağlardır: "Dil xalqın varlığı, kimliyidir. Nəsiminin dahiliyi sübut etdi ki, türk dili ərəb fars dili ilə birgə gedə bilər. Nəsimi bunu şeirləri ilə sübut etdi. O təkcə Azərbaycanın deyil, türk dünyasının söz ustasıdır. Bu təsadüfi deyil. Nəsimi söz ilə dünyanı tutmuşdu. Söz, dil birbaşa insanın ruhu, təbiəti ilə bağlıdır. Hər bir xalqın dili onun ruhu, xarakteri ilə bağlıdır. Nəsimi ərəb fars dilində yazsa da, doğma Azərbaycan dili ilə dünyada tanındı. Nəsimi şeiri şirinliyi, saflığı, səlistliyi, ahəngliyi, musiqliyi səviyyəsinə görə ilkdir".

İnstitut direktoru qeyd edib ki, Nəsimi türk əruzunu formalaşdırıb: "Çünki türk dilində əruz vəzndə yazmaq çox çətindir. Hətta dahi şair Füzuli bunun çətinliyini dilə gətirirdi. Amma Nəsimi bu vəzndə mühüm şeirlər ortaya qoyaraq, hər kəs tərəfindən sevildi. Söz tanrı tərəfindən insana bəxş edən ən gözəl nemətlərdən biridir". M. Nağısoylu əlavə edib ki, Nəsiminin 600 illik yubileyi 1973-cü ildə Ulu Öndərin Heydər Əliyevin təşəbbüsü ilə keçirilib: "Bu, Ulu öndərin mədəniyyətimizə verdiyi dəyər idi".

Özbəkistanlı qonaq Tahir Qahar çıxış edərək Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin fəaliyyəti haqqında müsbət fikirlərini bildirib: "Mərkəz ədəbiyyat xadimlərinin irsinin davam etdirilməsi, onların tanınması istiqamətində addımları mühüm əhəmiyyət kəsb edir".

T.Qahar qeyd edib ki, 2019-cu ilin Azərbaycanda "Nəsimi ili"n elan edilməsi, təkcə Azərbaycanda deyil, bütün türk dünyasında mənəviyyat, fikir bayramıdır: "Yazılı özbək ədəbiyyatının 1000 illik tarixi var. Bu tarixdə Nəsimi kimi şairlər var. Amma onların əsərləri tam dini əsər kimi qəbul edilib. Nəsimi Türküstan ədəbiyyatında qəbul olunan dahi şairdir. Nəsimi tanrı düşgünü idi. Bunu öz şeirlərində də açıq şəkildə bildirib. O deyirdi ki, imansız insan insan deyil".

Tədbirin davamında çıxış edən natiqlər Nəsimi yaradıcılığı ilə fikirlərini bildirərək belə tədbirlərin keçirilməsi dahi şairlərin üzə çıxarılması deyil, həm də xalqları bir-birinə yaxınlaşdırmaq məqsədi daşıyır. Natiqlər Azərbaycan şeirində Nəsimini fədakar qəhrəman olduğunu dilə gətiriblər.

Tədbirin sonunda "Kaspi" qəzeti, Kaspi" Təhsil Şirkətinin təsisçisi Sona Vəliyeva, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov tərəfindən Azərbaycan həqiqətlərinin və Mədəniyyətin fəal təbliğinə görə Özbəkistandan olan nümayəndələrə diplomlar təqdim edilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə