Problemli kreditlərlə bağlı kompensasiyalar nə vaxt veriləcək?

Problemli kreditlərlə bağlı kompensasiyalar nə vaxt veriləcək?

Prezident İlham Əliyev tərəfindən bu il fevralın 28-də imzalanan “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı çərçivəsində kompensasiyaların ödənilməsinin aprelin sonunadək başlanılması planlaşdırılır. SİA-nın məlumatına görə, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının Hüquqi təminat idarəsinin rəisi Tural Feyzullayev fiziki şəxslərin problemli kreditləri üzrə kompensasiya ödənişi və restrukturizasiya ilə bağlı portalın təqdimatı zamanı deyib.

O bildirib ki, əgər vətəndaş mövcud bankın müştərisidirsə, ona təzminatla bağlı bankdan bildiriş gələcək: “Amma əgər vətəndaş bank olmayan kredit təşkilatının və ya ləğvolunma prosesindəki bankın müştərisidirsə, ona poçt vasitəsilə bildiriş gələcək”.

Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatasında (MBNP) fiziki şəxslərin problemli kreditləri üzrə kompensasiya ödənişi və restrukturizasiya ilə bağlı portalın təqdimatı keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə