Turistlər səyahətdə olanda ən çox nədən qorxurlar? SORĞU

Turistlər səyahətdə olanda ən çox nədən qorxurlar? SORĞU

Ekspertlər turistlərin istirahət zamanı ən çox nədən qorxduqlarını müəyyən ediblər. SİA-nın xəbərinə görə, aparılan sorğu zamanı müəyyən edilib ki, kişilər qadınlarla müqayisədə iki dəfə daha çox pullarının hamısını istirahət zamanı xərcləməkdən qorxurlar. Kişilərdən fərqli olaraq qadınlar isə cinsi təcavüz qurbanı olmaqdan qorxurlar.

Tətilə çıxanların çox hissəsi daha çox sənədlərinin itirilməsindən ehtiyat edirlər. İkinci yerdə onlar başqa ölkədə xəstəxanaya düşməkdən qorxusu dayanır. Bundan başqa sorğu iştirakçıları tətil zamanı polis şöbəsində və həbsxanaya düşməkdən qorxduqlarını etiraf ediblər.

Xarici dili bilməmək, eləcə də əşyalarının oğurlanması da turistlər üçün qorxuya çevrilib. Kişilər istirahət zamanı zəhərlənməkdən ehtiyat etdiklərini açıqlayıblar.

Tətilə çıxanlarda ən az qorxu yaradan məsələ otel və mənzilin açarlarının itirilməsidir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə