Ombudsmanın təşəbbüsü ilə üç məktəbdə insan hüquqları mərkəzləri açılıb
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təklifi və Təhsil Nazirliyinin razılığı ilə ötən ilin əvvəlindən başlayaraq pilot məktəb kimi seçilən Bakının Nəsimi rayonundakı 5 saylı, Yasamal rayonundakı 31 saylı və Nərimanov rayonundakı 207 saylı orta ümumtəhsil məktəblərində uşaq hüquqları sahəsində həmyaşıddan-həmyaşıda pilləli tədris layihəsi uğurla həyata keçirilib. Ombudsman Aparatından SİA-ya verilən xəbərə görə, müvəkkil və Təhsil Nazirliyinin birgə keçirdiyi layihənin yekunlarına həsr edilən mükafatlandırma mərasimində fərqlənən şagirdlərə sertifikatlar, "Ombudsmanın elçisi" vəsiqələri və döş nişanları təqdim olunub.
Müvəkkil adı çəkilən məktəblərdə olub, müəllim və şagirdlərlə görüşüb. Görüşlərdə Bakı şəhəri üzrə Təhsil İdarəsinin məsul əməkdaşları, uşaq hüquqları üzrə pilləli tədrisi həyata keçirən Ombudsman Aparatının hüquqi maarifləndirmə qrupunun üzvləri, məktəb direktorları, müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər.
E.Süleymanova çıxışında bu günlərdə ölkədə və onun sərhədlərindən uzaqlarda 20 Yanvar faciəsi qurbanlarının xatirəsinin yad edildiyini, oğul və qızların Vətən uğrunda canından keçdiyini diqqətə çatdırıb. Ombudsman Ermənistanın Azərbaycana qarşı uzun müddətdən bəri davam edən təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin işğal olunduğunu, qaçqına və məcburi köçkünə çevrilmiş bir milyon soydaşın, o cümlədən çadırlarda doğulan yüz min uşağın kütləvi surətdə hüquqlarından məhrum olunduğunu bildirib. E.Süleymanova mənfur qonşunun xalqımıza qarşı təcavüzə başladığı 1988-ci ildə dünyaya gələn və şəhidlik zirvəsinə ucalması 18 iyun – Milli insan hüquqları gününə təsadüf edən Milli qəhrəmanımız Mübariz İbrahimovun şücaətini vurğulayaraq, bu igid gizirin gənclərimizə örnək olduğunu söyləyıb.
Müvəkkil uşaq hüquqları üzrə pilləli tədris layihəsini uğurla başa vuran şagirdləri təbrik edib, qazanılan uğurun bu uşaqların sınaqdan müvəffəqiyyətlə çıxdığını bir daha təsdiqlədiyini vurğulayıb, adı çəkilən layihənin həyata keçirilməsində yardımçı olan Təhsil Nazirliyinə, Bakı şəhəri üzrə Təhsil İdarəsinə, pilot məktəblərin rəhbərliyinə minnətdarlığını bildirib. Müvəkkil qeyd edib ki, uşaqların iştirakı ilə gerçəkləşdirilən, müvafiq modullar əsasında tətbiq olunan layihə həmin məktəblərdə uşaq hüquqlarının öyrənilməsinə öz töhfəsini verməklə yanaşı, şagirdlərin bilik və natiqlik bacarıqlarının inkişaf etdirilməsi, ictimai fəallığının artırılması, eləcə də müvafiq fənn müəllimlərinin insan hüquqları sahəsində ixtisaslaşmasında mühüm rol oynayıb. Ombudsman ölkəmizdə böyüyən nəslə diqqətdən söz açıb, ölkə prezidentinin böyük qayğısı sayəsində uşaq hüquqlarının təmin edilməsi, uşaqların təhsili, sağlamlığı, təlim-tərbiyəsinə yönəlmiş mühüm tədbirlərin həyata keçirildiyini söyləyib.
Görüşlərdə iştirak edən Bakı şəhəri üzrə Təhsil İdarəsinin məsul əməkdaşları bu layihənin icrası barədə öz fikirlərini bildiriblər və sonda şagirdlər tərəfindən uşaq hüquqları mövzusunda səhnəciklər göstərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB