"Məişət tullantılarının yığılması və daşınmasının vəziyyəti"

"Məişət tullantılarının yığılması və daşınmasının vəziyyəti"

Bu mövzuda Qaradağ rayon ərazisində məişət tullantılarının yığılması və daşınmasının vəziyyəti ilə bağlı müşavirə keçirilib

Bu gün Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılovun sədrliyi ilə rayonda məişət tullantılarının yığılması və daşınmasının təkmilləşdirilməsi ilə bağlı müşavirə keçirilib. Müşavirədə rayon rəhbərləri, qəsəbə inzibati dairələr üzrə başçının nümayəndələri, qəsəbə bələdiyyə sədrləri, rayon mənzil kommunal təsərrüfat birliyi aparatının və rayon sanitar kommunal istismar idarəsinin rəhbərləri iştirak edib.

Müşavirədə rayon ərazisində məişət tullantılarının yığılması və daşınmasının vəziyyəti müzakirə edilib. İşində buraxdığı ciddi nöqsanlarla bağlı Qaradağ rayon mənzil kommunal təsərrüfat birliyinin rəisi Rasim Əhmədov tutduğu vəzifədən azad olunubdur.

S.Mikayılov "Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018-2022-ci illər üçün Milli Strategiya" qəbul edildiyini bildirərək, rayonun texniki potensialından səmərəli istifadə olunaraq, ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın qorunması istiqamətində həyata keçiriləcək məqsədyönlü tədbirlər nəticəsində insanların sağlamlığının təmin edilməsi üçün rayonda kommunal xidmətlərin yaxşılaşdırılmasına, xüsusən, bərk məişət tullantılarının idarə edilməsi sistemində olan ciddi nöqsanların aradan qaldırılması, tullantıların yığılması, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi işinin yenidən qurulmasına dair öz tapşırıqlarını verib.

Həmçinin, S.Mikayılov rayon əhalisi arasında bərk məişət tullantılarının idarə edilməsi sahəsinə maarifləndirmə işinin gücləndirilməsi işlərinin aparılması üçün müvafiq tədbirlərin həyata keçirilməsinin məqsədəuyğun olduğunu vurğulayıb.

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə