“Lələtəpədə dastan yazanlar” layihəsinə yekun vurulub

“Lələtəpədə dastan yazanlar” layihəsinə yekun vurulub

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Lələtəpədə dastan yazanlar” layihəsinə yekun vurulub. SİA-nın xəbərinə görə, layihə çərçivəsində son olaraq Səs İnternet televiziyasında “Qələbəyə gedən yol” adlı veriliş hazırlanaraq tamaşaçılara təqdim olunub.

Verilişdə qonaq qismində iştirak edən Tədqiqatçı-jurnalist, “Erməni Təcavüzünün Tanıdılması” İctimai Birliyinin sədri Səriyyə Müslümqızı 2016-cı ildə baş verən aprel döyüşlərindən söhbət açıb. Bildirib ki, aprel hadisələri, bu savaşda Azərbaycan əsgərinin göstərdiyi igidlik, xüsusilə Lələtəpə kimi mühüm strateji mövqenin düşməndən geri alınması Dövlətimizin, Milli Ordumuzun qüdrətini, gücünü bir daha ortaya qoydu.

Səriyyə Müslümqızı “Lələtəpədə dastan yazanlar” və bu kimi layihələrin də önəminə toxunub. Diqqətə çatdırıb Azərbaycan əsgərinin qəhrəmanlığını, döyüş şücaətini uşaq, yeniyetmə və gənclər arasında təbliğ edilməsi istiqamətində bu cür layihələrin həyata keçirilməsinə hər zaman ehtiyac var. Verilişdə həmçinin, layihənin reallaşmasında göstərdiyi dəstəyə görə, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna xüsusi minnətdarlıq ifadə olunub.

Xatırladaq rəhbəri Könül İsmayılzadənin olduğu “Lələtəpədə dastan yazanlar” layihəsi çərçivəsində “Lələtəpədə dastan yazanlar” adlı 2 hissədən ibarət film hazırlanıb. Eyni zamanda filmlərin ümumtəhsil məktəblərində təqdimat mərasimi keçirilib. Həmçinin filmlər Səs İnternet televiziyasında və müxtəlif sosial şəbəkələrdə yayımlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə