"Aprel şəhidləri hər bir azərbaycanlının qürur və and yeridir"

"Aprel şəhidləri hər bir azərbaycanlının qürur və and yeridir"

"Aprel şəhidlərini gənclərə tanıdaq" layihəsi çərçivəsində yekun tədbir keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən "Aprel şəhidlərini gənclərə tanıdaq" layihəsi ilə bağlı yekun tədbir keçirib. Tədbiri giriş sözü ilə açan layihənin rəhbəri Leyla Əlizadə məlumat verərək bildirib ki, layihə çərçivəsində onlarla gənclə söhbətlər aparılıb, geniş ictimaityətə hazırlanan buraşuralar paylanılıb, Nizami rayonudakı 201 və 227, şəhid Namiq Həmzəyev adına 238 saylı orta məktəbində və Goranboy rayonun Yeni yaşayiş massivində yerləşən Xocalı rayon musiqi məktəbində tədbirlər keçirilib və bu tədbirlərdə vidioçarxlar nümayiş etdirilib. Layihə rəhbəri 2016-cı il 1-4 aprel tarixində Azərbaycan ordusunun düşmən üzərində qazandığı parlaq, qürurverici qələbədən söz açıb. Bildirib ki, düşmən təxribatlarının ara vermədiyini görən, Azərbaycanın əsgər və zabitləri ölüm-dirim savaşına qalxaraq illəriərlə əsarətində qalan torpaqlarımızı azad etdilər: "Düşmən üzərində parlaq qələbə itkisiz ötüşmədi. Şəhidlik mərtəbəsinə yüksələnlər arasında 700 bal toplayaraq ali məktəbə daxil olan və univeristeti müvəfəqiyyətlə bitirən Mahir, bir ailədə dördüncü şəhid vermiş Sarvan və yüksək rütbəli zabitimiz Ürfan da oldu. O gecə onlar bir amal uğrunda savaşa qalxmışdılar. Təki Vətən yaşasın. Nəyin bahasına olursa olsun torpaqlarımız düşmən tapdağı altında qalmasın. Ömürləri Qar şişəyi olanlan siz bizim həmişə ürəyimdəsiniz".

Tədbirdə çıxış edən Azadlıq Hərəkatçılar Birliyinin sədri Təhmasib Növruzov aparılan düzgün, məqsədyönlü siyasət nəticəsində gənclərimizin vətənpərvərlik ruhunda tərbiyyə olunduqlarını bildirdi: "Biz Aprel döyüşlərində şəhid olan igid oğullarımızı gənclərimizə tanıtmalıyıq. Bu gənclik aprel zəfərini, şücaətini və qəhrəmanlığını göstərib. Aparılan uğurlu əməliyyatlar zamanı Tərtər rayonun Talış kəndi ətrafındakı yüksəkliklər, Seysulan kəndi, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı,Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Maqadis kəndi istiqamətində yollar düşməndən azad olunmuşdur. Bu döyüşdə Vətən oğulları qeyrətlə döyüşərək qəhrəmanlıq səlnaməsi yaratmış, canlarını qurban vermişlər. Belə oğulları gənclərimizə daha yaxından tanıtmalıyıq".

Erməni Təcavüzünün Tanıdılması İB- nin sədri Səriyyə Müslüm çıxışında Aprel döyüşlərinin və əldə olunan qələbənin Azərbaycanın hərb tarixinə qızıl həriflərlə yazıldığını bildirdi. Səriyyə Müslüm qızı qeyd edib ki, 27 ildən çox işğalda qalan torpaqlarımızın azad olunmasında Təbriz, Ürfan, Əbubəkir, Mahir, Müşviq kimi igid oğulların böyük qəhrəmanıqları var: "Biz belə oğullarımızla fəxr edir, qürür duyuru. Belə oğullara böyüdən Analar var olsun. Aprel döyüşlərində neçə-neçə Vətən oğulları canlarını qurban verərək işğalda qalan torpaqlarımızın bir qismini azad etmələri bir daha göstərir ki Qarabağ torpağı gec-tez düşməndən azad olunacaq. Nə qədər ki torpaqlarımız işğal altındadır biz gənclərimizdə vətənpərvərlik hisslərini artırmalı onlarda döyüş əzmini yüksəltməliyik".

Səriyyə Müslüm qızı belə layihələri maliyyələşdirdiyi üçün Gənclər Fondunun rəhbərliyinə minətdarlığını bildirdi.

Çıxışlardan sonra layihə rəhbəri Leyla Əlizadə tədbir iştirakçılarının Aprel döyüşləri ilə bağlı suallarını cavablandırıb. Sonda tədbir iştirakçılarına çay və kofe verildi.

Bütün xəbərlər Facebook səhifəmizdə