"Soyuq qış aylarından sonra havaların isinməsi ilə əlaqədar insanlardakı halsızlıq, yorğunluq, oynaq ağrıları və digər halları yaradan amilə bahar yorğunluğu deyilir. Xüsusilə də bahar fəslində üst geyimlərimizi çıxardığımız zaman bu hallar daha da çoxalır”. Bu fikirləri SİA-ya açıqlamasında dietoloq Tutu Zeynalova deyib.
O bildirib ki, problem varsa, onun həlli yolu da var: “Bahar yorğunluğu sindromunu, eləcə də narahatedici hisləri yaşamamaq üçün bir neçə tövsiyələr var ki, onlara əməl edilməlidir: “Yaz aylarında tək tipli qidalanmalardan uzaq durmaq çox önəmlidir. Yaz aylarında günə mümkün qədər tez başlasaq daha yaxşı olar. Bir çox insanlar yuxusuzluqdan şikayət edirlər. Lakin yuxudan tez oyanmaq və günə bir stəkan su ilə başlamaq bahar sindromunun qarşısının alınmasına səbəb ola bilər".
Dietoloq söyləyib ki, bahar yorğunluğu yaşayan şəxslərin səhər yeməyini yeməsi mütləqdir: "Bu sindromun şikayətlərini azaltmaq üçün səhər yeməyini saat 9-a qədər yeməyiniz önəmlidir. Növbəti məqam açıq havada keçirəcəyimiz məqamdır ki, hər gün 30-45 dəqiqə arası təmiz havada olmaq tövsiyə edilir. Gündəlik rasionunuzda suyun olması da vacib məqamlardandır. Gün ərzində 8 stəkan suyun içilməsi mütləqdir. Bir çox insanlar özlərini gümrah hiss etmək üçün çay, qəhvəyə və ya kofeinin səviyyəsi yüksək olan içkilərə üstünlük verirlər. Lakin bu içkilər bir müddətdən sonra insanda yorğunluq hissini daha da artırır, bədəndən su atılmasını sürətləndirir. Bu baxımdan kofeinli içkilərin əvəzinə daha çox sudan istifadə edilməsi daha məqsədəuyğun hesab olunur".
T. Zeynalova qeyd edib ki, yaz aylarında qan şəkərini normalda saxlamaq üçün hazır qidalardan uzaq durmaq lazımdır: "Çünki qan şəkərini sürətlə artıran qidalar daha sonra qan şəkərinin sürətlə aşağı düşməsinə səbəb olur ki bu da mövcud halsızlıq, yorğunluq hissini daha da artırır. Bundan əlavə yediklərimizi günə yayaraq yeməyimiz mühümdür. Yəni tez-tez və az-az qidalanmaq bahar sindromu ilə mübarizədə çox önəmlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB