“İran din xadimlərinin müxtəlif qərəzli çıxışları Azərbaycanda daxili gərginliyi artırmağa hesablanıb”
Bildiyimiz kimi, son zamanlar müxtəlif xarici dairələr Azərbaycanda sabitliyi pozmaq, ölkədə guya dini azadlıqların sıxışdırıldığı haqqında rəy formalaşdırmaq, dindarlarla dövlət arasında ziddiyyət yaratmaq, radikal dindarları fəallaşdırmaq məqsədilə tədbirlər həyata keçirməyə cəhd göstərirlər. İran İslam Respublikasının müəyyən dairələri, din xadimləri Azərbaycanda baş verən hadisəni qərəzli şərh edir, təhdid və şantaj xarakterli bəyanatlar verir və ölkəmizin daxili işlərinə kobud şəkildə qarışırlar. İranın dini xadimlərinin, ayrı-ayrı şəxslərinin Azərbaycana qarşı çıxışları, ölkəmizin daxili işlərinə kobud müdaxilələri yolverilməzdir və Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı şəkildə etirazla qarşılanır. Belə kobud və qərəzli münasibət iki qonşu ölkə arasında münasibətlərə heç də yaxşı təsir göstərmir, qarşılıqlı etimadı zəiflədir, səmərəli əməkdaşlıq mühitinə zərbə vurur.
Təbii ki, Azərbaycanın tanınmış ictimaiyyət nümayəndələri, ziyalılar, sıravi vətəndaşlar İran dini xadimlərinin və bu ölkənin ayrı-ayrı vətəndaşlarının qərəzli çıxışlarını birmənalı şəkildə qəbul etmir, buna son qoymağa çağırırlar. Bu və ya digər məsələlərə aydınlıq gətirən Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili Gövhər Baxşəliyeva SİA-ya açıqlamasında bildirib ki, Azərbaycanda baş verənlər onun daxili işidir. Onun sözlərinə görə, hər hansı bir dövlətin Azərbaycanın daxili işlərinə müdaxilə etməsi birmənalı şəkildə düzgün deyil. O qeyd edib ki, İran din xadimlərinin müxtəlif qərəzli çıxışları Azərbaycanda daxili gərginliyi artırmağa hesablanıb.
İran din xadimlərinin bəyanatlarından xəbərsiz olduğunu deyən millət vəkili bəyanatı oxumadığından dəqiq cavab verə bilmədiyini söyləyib: "Oxumadığım, bilmədiyim məsələni şərh edə bilmərəm. Məsələdən dəqiq xəbərsiz olduğumdan iki dövlət arasında nə dərəcədə təsir göstərməsi ilə bağlı məsələyə cavab verə bilməyəcəm".
Hicabla bağlı məsələyə gəlincə G.Baxşəliyeva hesab edib ki, bu məsələdə dövlətin, konkret olaraq, Təhsil Nazirliyinin mövqeyi birmənalı şəkildə düzgündür və bəlkə də bir qədər gecikmiş qərardır.
"Ümumiyyətlə, birmənalı şəkildə bildirmək istəyirəm ki, həddi-buluğa çatmamış qızların hicab altına girmələrinin əleyhinəyəm. Düzdür, bizdə vicdan azadlığıdır, əqidə azadlığıdır, amma bu o demək deyil ki, yaşı həddi-buluğa çatmamış qızlar kiminsə təsiri və təkidi ilə hicab taxsın. O, gərək 18 yaşına çatsın. Məhz bundan sonra onun tam müstəqil seçim etmək hüququ var və o öz seçimini etməkdə də sərbəstdir. Dövlətin, konkret olaraq, müvafiq icra hakimiyyəti orqanı olan Təhsil Nazirliyinin haqlı mövqeyi heç cür bu məsələdən sui-istifadə hallarına imkan vermir və verməməlidir. Yəni, kimlərsə bu məsələdən bəhanə kimi istifadə edib, ölkədə dini zəmində hansısa narazılıq yaratmağa cəhd etməməlidir və edə də bilməz. Dövlət öz vətəndaşlarının hüququnu, qanunu qoruyur və burada geri çəkilmək olmaz. Çünki illər sonra bu məsələ daha da kəskin xarakter ala bilər. Bir məsələni də qeyd etmək istəyirəm. Hicabsızlıq, çarşabsızlıq əslində Azərbaycan, türk qadınının böyük uğuru, nailiyyətidir. Biz bunu başa düşməli və dərk edərək, qiymətləndirməliyik. Azərbaycan qadını Şərq dünyasında hicabdan, çarşabdan azad olan, imtina edən ilk müsəlman qadını oldu. Məhz bu hicabsızlığın, çarşabsızlığın nəticəsidir ki, Azərbaycan qadını bu gün Şərqdə ən inkişaf etmiş, ən öndə gedən qadınlardır. Bizim qadınları bu gün Şərq aləmində bir nümunə kimi göstərirlər, qəbul edirlər", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB