Asim Mollazadə: “Siyasi partiyaların qəzetləri olmamalıdır”- AÇIQLAMA
"Medianın peşəkar olması ölkənin şəffaflığını, hər bir siyasətini gücləndirə bilər və inkişafına böyük təkan verə bilər". SİA-nın verdiyi xəbərə görə, bu sözləri Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə parlament jurnalistləri ilə keçirdiyi görüş zamanı deyib. O elektron, həm çap, həm də yeni yaranan internet informasiya mərkəzlərinin güclü olmasının istənilən olduğunu deyib.
Onun sözlərinə görə, medianın işlərini təmin, müstəqil edən bir amil var ki, bu da ölkədə reklam bazarının genişliyidir. O vurğulayıb ki, əgər media müstəqil olmazsa, o zaman sovet ənənələri və ya siyasi partiyalardan asılı və ya zəngin şərtlərə bağlı olan medianı görəcəyik.
"Media heç kəsin əlinə baxmamalıdır. Bəzən bizdən soruşurlar ki, siz də bir partiyasız, niyə sizin heç bir qəzetiniz yoxdur? Ona görə ki, biz bu prinsipə qarşıyıq. Siyasi partiyaları qəzetlərin olmamalıdır. Müstəqil medianın hamısı bizimdir. Müstəqil media ilə işləmək üçün peşəkar səviyyədə siyasətçilər olmalıdır ki, ictimai media əlaqələrini qura bilsin. Bütün partiyalar mediaya açıq olmalı, bilavasitə media ilə işləməlidirlər. Amma qəzet sahibi olmamalıdırlar. Bu bolşevik dövründən qalan ənənədir, biz buna qarşıyıq. Biz Azərbaycanın bütün müstəqil mediasını öz mediamız kimi qəbul edirik".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB