“Şəhidimiz” adlanan kampaniyaya region gəncləri də qoşulub FOTOLAR
Prezident İlham Əliyevin 1 fevral tarixində gənclərlə görüşü zamanı gənclərə vətənpərvərlik və milli-mənəvi dəyərlərə bağlılıq barədə tövsiyələrindən ruhlanan bir qrup gənc aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş polkovnik-leytenant Raquf Orucovun oğlu Aqşin Oruclunun təşəbbüsü ilə şəhid ailələri ilə həmrəylik kampaniyasına start verib. SİA-nın verdiyi məlumata görə, gənclər paytaxtda yaşayan aprel döyüşlərində şəhid olan soydaşlarımızın ailələrini ziyarət edib, onlarla həmsöhbət olub və dəstəklərini nümayiş etdiriblər. “Şəhidimiz” (#ŞƏHİDİMİZ) adlanan kampaniyaya artıq regionlardan da gənclər qoşulub. Kampaniyada iştirak etmək üçün shehidimiz.az saytına çoxlu sayda müraciətlər daxil olmaqdadır. Bu gündən etibarən isə, könüllülər regionlarda yaşayan şəhid ailələrini ziyarət edəcəklər.
Qeyd edək ki, kampaniya bayram günləri ərzində davam edəcək
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB