“Yaxın gələcəkdə internetlə televiziyanın birləşməsi nəticəsində daha mükəmməl yayım vasitəsi yaranacaq”-ÖZƏL

“Yaxın gələcəkdə internetlə televiziyanın birləşməsi nəticəsində daha mükəmməl yayım vasitəsi yaranacaq”-ÖZƏL
"Gələcəkdə internetlə televiziya birləşəcək. Televiziya imkanları ilə internet imkanlarının birləşməsi nəticəsində daha mükəmməl yayım vasitəsi əmələ gələcək". Bu barədə SİA-ya açıqlamasında Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli məlumat verib. O bildirib ki, bununla da insanlar televiziya vasitəsilə internetin xidmətlərindən istifadə edə biləcəklər. İnternetin arxasinda bir adam oturduğunu, televiziyaya isə bir ailə baxdığını deyən şura sədri vurğulayıb ki, televiziya monitorunun çox böyük imkanları var. Onun sözlərinə görə, yaxın gələcəkdə internetin imkanları televiziyaya keçərək daha güclü informasiya vasitəsini əmələ gətirəcəklər.

Ölkədə internet teleradio sahəsinə gəlincə, N.Məhərrəmli qeyd edib ki, bu tək bizdə deyil, bütün dünyada da öz həllini tapmayıb. İnternet televiziyanın özünü doğrultmayan bir sahə olduğunu deyən şura sədri bildirib ki, insanlar daha çox efir vasitəsilə baxmağa üstünlük verirlər.

"İnternet televiziya yaratmaq üçün böyük bir studiya qurmaq lazımdır, bundan əlavə, 24 saat fəaliyyət göstərməli, televiziyanın yayım cədvəli olmalıdır. Bu çox böyük bir işdir. Dünya ölkələrində belə bir şey yoxdur, yalnız bu sahə ilə məşğul olmaq istəyən həvəskar insanlar var. Ancaq bizim insanlar bunu "şişirdirlər". Abunəçilər arasında kabel televiziyası necədirsə, internet televiziya da elədir. Televiziyanın imkanları geniş olduğundan insanlar efir televiziyasına üz tutur. İnternet televiziyası isə yalnız həvəskarlar üçündür", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə