Hepatitlə bağlı keçirilən pulsuz müayinələrin nəticələri açıqlanıb
Ötən il Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının (AJQA), Türkiyədə fəaliyyət göstərən "Hepatitlə savaşım" Dərnəyinin və Lider Qadınlar Birliyinin birgə təşkilatçılığı ilə hepatitlə bağlı aparılan yoxlamaların nəticələri ilə əlaqədar bu gün mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, mətbuat konfransında AJQA prezidenti Sevil Yusifova, "Hepatitlə savaşım" dərnəyinin rəhbəri İsmayıl Balık, Şərq Qərb İnkişafa Doğru İctimai Birliyinin sədri, layihənin koordinatoru Rəqsanə Cəlilova iştirak edib.
Layihə ilə bağlı məlumat verən Sevil Yusifova bildirib ki, ötən il başlanan və 3 həftədən ibarət olan hepatitlə bağlı layihə paytaxtda və bəzi bölgələrdə həyata keçirilib. Onun sözlərinə görə, pulsuz layihə könüllü olaraq keçirildiyindən burada yalnız öz istəyi ilə gələn insanlar müayinədən keçib. O layihəyə əsaslanaraq söyləyib ki, bölgələrdə hepatitlə bağlı maarifləndirmə sıfır dərəcədədir: "Müayinələr zamanı məlum oldu ki, insanlar bu xəstəlik haqqında demək olar ki, heç nə bilmirlər. Onların bildikləri yalnız bu xəstəliyin cinsi yolla keçməsidir. Amma bu belə deyil. Bu xəstəlik, manikür, pedikür, qan köçürmə, diş çəkən ləvazimatlar və digər müxtəlif yollarla da da keçə bilər. Bütün bunlar haqqında insanların məlumatsızlığı onlar arasında maarifləndirmənin az olduğuna dəlalət edir. Buna görə də hər bir media orqanı hepatitlə bağlı müxtəlif maarifləndirici materiallar yaymalıdır ki, insanlar bu virus haqqında ən azı məlumatlı olsun və ondan qorunmağa çalışsınlar".
Daha sonra layihənin nəticələri haqqında məlumat verən layihənin koordinatoru Rəqsanə Cəlilova bildirib ki, maliyyə vəsaiti az olduğundan onu yalnız Bakı, Gəncə, Şəmkir, Ağdaş rayonlarında keçirmək mümkün olub. Onun sözlərinə görə, keçirilən müayinələrdə 2636 nəfər iştirak edib ki, onların 5 faizində hepatit B, 4.5 faizində hepatit C aşkar olunub. O vurğulayıb ki, müayinə olanların 9 faizini hepatit virusu olub və sağalanlar təşkil edir. "Ümumilikdə hepatit virusu daha çox gənclərdə müşahidə olunub. Bura 20-30 yaş arasında olanlar daxildir. Bu da onun göstərir ki, gənclərimiz bu virusun haradan necə keçməsi barəsində heç nə bilmir və özlərini qorumurlar. Bu bizim üçün, gələcəyimiz üçün çox təhlükəlidir. Bu məqsədlə biz gələcəkdə maarifləndirmə ilə əlaqədar toplantılar keçirməyi planlaşdırırıq".
Konfransın davamında professor İsmayıl Balık virusa yoluxma ilə əlaqədar geniş məlumat verib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB