Tarixçi: “Azərbaycan ən yeni tarixinə aid olan və Moskvada saxlanılan arxiv sənədlərini hələ də ala bilməyib”-AÇIQLAMA

Tarixçi: “Azərbaycan ən yeni tarixinə aid olan və Moskvada saxlanılan arxiv sənədlərini hələ də ala bilməyib”-AÇIQLAMA
"Azərbaycanın 1990, 1991, 1992-ci illərə dair tarixi sənədləri uzun illərdir ki, Moskvada saxlanılır. Azərbaycan ən yeni tarixinə aid olan və Moskvada saxlanılan arxiv sənədlərini hələ də ala bilməyib". Bu barədə SİA-ya açıqlamasında AMEA Tarix İnstitutunun direktor müavini Cəbi Bəhrəmov məlumat verib. O bildirib ki, bu hadisələrə dair əsas sənədlər Rusiyada olduğundan, lazım gəldikdə özümüzdə olan müəyyən sənədlərdən istifadə olunur.

Direktor müavini vurğulayıb ki, amma XVIII, XIX, XX əsr tarixinə dair, bir sözlə 90-cı illərə qədərki tarixi arxiv sənədlər instituta gətirilib. Onun sözlərinə görə, instituta gətirilən bu materiallar yaxın gələcəkdə sənədlər şəklində dərc olunacaq.

"Bu sənədlərin özü birbaşa tarixi dövrlərdə baş verən hadisələri dəlillərlə sübut edir. Bundan əlavə, tarixi hadisələrlə bağlı mütəmadi həm sənədlər toplusu, həm də maraqlı əhvalatlar dərc edirik. Bu tarixi faktlar isə ümumiləşdirilmiş şəkildə 7 cildlik "Azərbaycan tarixi" kitabında öz əksini tapıb", - deyə o əlavə edib.

C.Bəhrəmov qeyd edib ki, IV,V, VI, VII sinif dərsliklərində də bu tarixi faktlar dərc olunub. Onun sözlərinə görə, sənədli filmlərin çəkilişində də bunlardan istifadə edilib. İnstitut tərəfindən atlas tərtib olunub, burada 2 soyqırım xəritələri yerləşdirilib ki, burada da hər bir tarixi hadisə göstərilir: "Tarix İnstitutunun əməkdaşları, alimlər nə lazımdırsa, onu da edirlər. Tariximizi obyektiv, necə varsa elə formada bütün millətimizə, ictimaiyyətə çatdırmaq bizim vətəndaşlıq borcumuzdur".

Bütün xəbərlər Facebook səhifəmizdə