Əfv sərəncamı Penitensiar Xidmətinin Müalicə müəssisəsində icra olunub

Əfv sərəncamı Penitensiar Xidmətinin Müalicə müəssisəsində icra olunub
Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamı Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə müəssisəsində icra olunub. SİA-nın xəbərinə görə, həmin müəssisədən əfv olunmuş 3 nəfər məhkuma arayışlar təqdim olunub və onlar azadlığa çıxıb. Əfv olunmuş məhkumların arasında 2012-ci ildə keçirilən hicab aksiyasında həbs olunan 1980-ci il təvəllüdlü Kazımov Xalid Nofəl oğlu da var. Qeyd edək ki, martın 16-da Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam ümumilikdə 431 nəfərə şamil olunur.
Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə