Rüfət Səfərov də azadlığa çıxdı

Əfv sərəncamı Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 saylı cəzaçəkmə müəssisəsində də icra olunub. SİA-nın məlumatına görə, bu müəssisəsdə cəza çəkən 5 məhbus azadlığa buraxılıb. Bu müəssisədə əfv olunmuşlar arasında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2016-cı il 8 sentyabr tarixli hökmü ilə məhkum edilmiş Rüfət Səfərov də olub. Qeyd edək ki, R.Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri, sabiq deputat Eldar Sabiroğlunun oğludur. Xatırladaq ki, ötən gün Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə 431 nəfər əfv edilib. Əfv sərəncamı şamil edilənlərdən 399 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə