Masallı şəhər Gənclər Mərkəzində gənclərlə görüş keçirildi. SİA-nın məlumatına görə, görüşdə Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Birinci vitse-prezidentin köməkçisi Yusif Məmmədəliyev, Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin məsul əməkdaşı Həmid Nəsibov, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Masallı rayon Gənclər və İdman idarəsinin rəisi Camal Manafov, YAP Masallı rayon Təşkilatının gənclər birliyinin sədri Məmmədhüseyn Hüseynov Masallıdan olan fəal gənclərin bir qrupu və gənc birliklərin üzvləri iştirak ediblər.
Görüşdə çıxış edənlər ölkə rəhbərliyi tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan, onlara yaradılan hərtərəfli şəraitdən, geniş imkanlardan, Masallının ictimai-siyasi həyatında gənclərin geniş fəallığından söhbət açıblar. Əldə olunan uğurlara görə Azərbaycan Respublikasinin Prezidenti cənab İlham Əliyevə gənclər adından dərin minnətdarlıq bildirilib.
Gənclərlə keçirilən görüşdə yaxın gələcəkdə Gənclər Mərkəzinin fəaliyyət istiqamətləri, strukturu, gənclərin könüllü çalışmaları üçün vakansiyalar, qarşıda duran mühüm məqsəd və vəzifələr barədə müzakirələr aparılıb.
Səmimi ortamda və qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə gənclərin təklifləri dinlənilib.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB