Deputat məktəblilərin Novruz şənliyində iştirak etdi

Deputat məktəblilərin Novruz şənliyində iştirak etdi

16 mart 2019-cu il tarixdə Xəzər rayonunun Mərdəkan qəsəbəsində fəaliyyət göstərən 181 saylı məktəbdə Novruz bayramı münasibətilə “Gəl, Novruzum” adlı meydan tədbiri təşkil olunmuşdur. Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Milli Məclisin deputatı Rauf Əliyev, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, müllimlər, şagirdlər və digər qonaqlar iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Nazilə Məmmədova tədbir iştirakçılarını salamladı və Novruz Bayramı münasibətilə onları təbrik etdi. Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Milli Məclisin deputatı Rauf Əliyev, YAP Xəzər Rayon təşkilatının sədri Namiq Əhmədov məktəbin müllimlərini, şagirdlərini, bütün tədbir iştirakçılarını Novruz Bayramı münasibətilə təbrik edərək onlara təhsil sahəsində və həyatda böyük uğurlar qazanmağı arzuladılar.

Tədbir məktəblilərin çıxışlarından ibarət “Gəl, Novruzum” adlı meydan tədbiri ilə davam etmişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə