Bu gün Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun Binə qəsəbə sakinləri ilə səyyar qəbul-görüşü keçirilib. SİA-nın verdiyi məlumata görə, səyyar görüşdə millət vəkili Rauf Əliyev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri və rayon üzrə fəaliyəət göstərən xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Görüşü Rayon İcra Hakimiyyətinin başçısı E.Salahov açıq elan edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında rayonda həyata keçirilən müxtəlif Dövlət proqramlarının uğurla icrası nəticəsində abadlıq-quruculuq, yenidən qurma işlərinin sürətlənməsi və rayon ərazisində əsaslı Infrastruktur layihələrin həyata keçirildiyini vurğulayıb.
Milli Məclisin deputatı Rauf Əliyev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkə əhalisinin böyük bir hissəsinin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş, bu ilin əvvəlindən ardıcıl olaraq imzalanan Fərman və Sərəncamların əhəmiyyətindən danışıb. Sonra Rauf Əliyev bildirib ki, cənab Prezident bir daha göstərdi ki, onun həyata keçirdiyi siyasətin mərkəsində Azərbaycan vətəndaşı və onun sosial vəziyyətinin daha da yaxşılaşdırılması durur.
Daha sonra çıxış edən millət vəkili Rauf Əliyev qəsəbə sakinlərinin səyyar görüşdə qaldırdıqları məsələlərin RIH ilə birlikdə həll olunması istiqamətində işlərin görüləcəyini və bəzi məsələlərlə bağlı isə müvafiq qurumlara müraciət ediləcəyini bildirib. Qəsəbə sakinləri rayon ərazisində aparılan abadlıq-quruculuq, yenidənqurma işlərinə görə ölkə başçısına öz minnətdarlıqlarını bildirdilər və sakinlər onları narahat edən məsələlərlə bağlı müraciətlərini bildirdilər.
Görüşdə sakinlərin qaldırdıqları məsələlərin həlli istiqamətində müəssisə və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar verilib.
Sonda RİH-nin başçısı Elşən Salahov və millət vəkili Rauf Əliyev qarşıdan gələn “Novruz” bayramı münasibətilə Binə qəsəbə sakinlərini təbrik ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB