Fitosanitar xidmətlər ödənişli olacaq

Fitosanitar xidmətlər ödənişli olacaq

Fitosanitar sahəsində dövlətin vəzifələri artırılır. SİA-nın məlumatına görə, bu, Milli Məclisin Aqrar siyasət komitəsində müzakirəyə çıxarılan “Fitosanitar nəzarəti haqqında” qanuna təklif edilən dəyişikliklərdə öz əksini tapıb.

Qüvvədə olan qanuna görə, fitosanitar nəzarətini müvafiq icra hakimyiyəti orqanı həyata keçirir. Təklif edilən dəyişikliyə əsasən, dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilmiş yüklər (mallar, məhsullar) üzərində fitosanitar nəzarəti ilə bağlı tədbirlər gömrük orqanları ilə birlikdə Qida Təhlükəsizliyi Agentliyi həyata keçirəcək.

Fitosanitar tədbirləri və dövlət fitosanitar xidmətləri hüquqi və fiziki şəxslərin vəsaiti, könüllü ödənişlər və donor təşkilatların texniki-maliyyə yardımı hesabına ödənilir. Təklif edilən dəyişikliyə əsasən, həmin tədbirlərə və xidmətlərə (“Dövlət rüsumu haqqında” qanunda nəzərdə tutulanlar istisna olmaqla) görə alınan xidmət haqqı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), yəni Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müəyyən ediləcək.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə