Şəhid ailələrinə yeni GÜZƏŞT

Şəhid ailələrinə yeni GÜZƏŞT

Şəhid ailəsinin üzvlərinə yeni güzəştlər edilir. SİA-nın məlumatına görə, bu, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanun layihəsi bu gün Milli Məclisin İnsan hüquqları komitəsində müzakiər edilib. Dəyişikliyə əsasən, dövlət peşə təhsili müəssisələrində və elmi təşkilatlarda ödənişli formada təhsil alan şəhid ailəsi statusu almış ailənin üzvləri təhsil haqqını ödəməkdən azad ediləcəklər.

Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə