Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinin özəlləşdirilməsinə icazə verilir. SİA-nın xəbərinə görə, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında müzakirəyə çıxarılan “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanuna dəyişiklikdə təklif olunur.
Qüvvədə olan qanuna əsasən, indiyə qədər təhsil müəssisələrindən yalnız dövlət icbari ümumi orta təhsil müəssisələrinin özəlləşdirilməsi qadağan edilib. Dəyişikliyə görə, bundan sonra məktəbəqədər təhsil müəssisələri istisna olmaqla, dövlət təhsil müəssisələrinin özəlləşdirilməsi qadağan ediləcək. Başqa sözlə, dövlət icbari ümumi orta təhsil müəssisələri ilə bərabər, dövlət ali məktəbləri, orta ixtisas və peşə təhsili müəssisələrinin də özəlləşdirilməsi qadağan olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB