Gəmi kapitanı Bosfor boğazını bağlayacağı ilə hədələdi

Gəmi kapitanı Bosfor boğazını bağlayacağı ilə hədələdi

Türkiyədə saxlanılan Rusiyaya məxsus gəminin kapitanı Bəhmən Bağırov bəyan edib ki, əməkhaqqı borclarının dənizçilərə ödənilməyəcəyi təqdirdə, Bosfor boğazını bağlamaq niyyətindədir.

SİA vestnikkavkaza.ru saytına istinadən xəbər verir ki, gəminin kapitanı "Bizim artıq səbrimiz qalmayıb və biz artıq hər vasitəyə əl atmaq məcburiyyətindəyik. Əgər qanuni tələblərimiz yerinə yetirilməzsə, onda biz lövbəri qaldıracaq və Bosfor boğazını bloklayacağıq", deyə bəyan edir.

Bağırov qeyd edib ki, gəminin heyəti on aydan artıqdır quru yük gəmisindədir. "Biz burada həbsxanadakı kimi otururuq, ailələrindən uzaqlaşırıq ... Biz artıq hər vasitəyə əl atmaq məcburiyyətindəyik" deyə kapitan məlumat verir.

Ekipaj eyni zamanda, gemiyə qoyulan həbs qərarının ləğv edilməsini və dənizçilərin əvəzlənməsini tələb edir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə