Üzərində tapança gəzdirən Lənkaran sakini saxlanılıb

Üzərində tapança gəzdirən Lənkaran sakini saxlanılıb

Bakıda üzərində “Makarov” markalı tapança gəzdirən Lənkaran sakini saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Pirallahı Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində üzərində qanunsuz silah gəzdirməkdə şübhəli bilinən Lənkəran rayon sakiniX.Xəlilov saxlanılıb.

Ondan “Makarov” markalı tapança və 4 ədəd patron götürülüb.

Araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə