Bakının ekoloji vəziyyəti Milli Məclisin komitə iclasında müzakirəyə çıxarıldı
“Bakıda ekeoloji vəziyyət dözülməzdir. Hələ də kustar sexlər fəaliyyət göstərir. Ələlxüsus da şadlıq evləri nə qədər tüstü buraxır. Bunlar hamısı bizim ciyərlərimizə gedir və salamlığımıza böyük ziyan vurur". SİA-nın xəbərinə görə, bunu deputat Elmira Axundova parlamentin Əmək və sosial siyasət komitəsinin iclasında deyib.
“Bu yaxınlarda xaricdən dostum gəlmişdi. O dedi ki, Bakıda hər şey gözəldir, bir havadan başqa. Siz hamınız xəstələnirsiniz. Bronxit keçirirsiniz. Bunlar hamısı ekoloji fəsadın nəticələridir. Mən müvafiq nazirliyə müraciət edirəm ki, daha ciddi işlər görsünlər. Lazımdırsa, cərimələri artırsınlar. Bakı Bulvarı nə gündədir?! Mazut iyindən başqa heç nə yoxdur. Mən əvvəllər Bakı küləyini xoşlamırdım, indi Allaha yalvarıram ki, külək əssin. Yoxsa, “qara hava”dan, iydən, qoxudan durmaq mümkün olmaz. Mən “Ağ şəhər” deyilən ərazinin yaxınlığında yaşayıram. Amma oraya qara nə varsa, hamısı axıb gəlir. İndi Allahıma şükür edirəm ki, nə yaxşı Bakı küləyi var, yoxsa, yaşamaq, hava almaq dözülməz olardı",- deyə E.Axundova qeyd edib.
Məsələ ilə bağlı fikrini bildirən Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli söyləyib ki, Bakıda ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində müvafiq qurumlar tərəfindən işlər görülür: "Daş karxanalarında bu istiqamətdə işlər görülür, şadlıq saraylarında xüsusi qurğular qurulur. Bu proses davam edir. Zaman- zaman bu problemlər də öz həllini tapır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB