Xaçmaz rayonunda yeni müsabiqəyə start verilib

Xaçmaz rayonunda yeni müsabiqəyə start verilib

Bu gün YAP Xaçmaz rayon təşkilatı rayon təhsil şöbəsi ilə birgə, ənənəvi olaraq, Ümumilli Lideri Heydər Əliyevin anadan olmasının ildönümü ilə bağlı məktəblilər arasında "Ümummilli Lider Heydər Əliyev-şərəfli ömürün salnaməsi" mövzusunda ən yaxşı təqdimata start verilib. Məqsəd Dahi Öndər Heydər Əliyev irsinin təbliği və öyrənilməsidir.

Tədbirdə rayon təhsil şöbəsinin müdiri, YAP Xaçmaz rayon təşkilatının idarə heyətinin üzvü Mədinə Nurməmmədova Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövrlərində Azərbaycan bütün sahələrdə, o cümlədən, təhsil sahəsində yüksək səviyyyədə inkişaf etdiyini bildirib.

YAP Xaçmaz rayon təşkilatının aparat rəhbəri Fazil Rəhmətov çıxışında Ulu Öndərin əsasını qoyduğu inkişaf siyasəti nəticəsində, bu gün Azərbaycan çiçəklənən və qüdrətlənən bir ölkəyə çevrildiyini bildirib. Çıxış edənlər vurğulayıblar ki, bu gün Ulu Öndər Heydər Əliyev siyasəti Onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Tədbirdə o da vurğulanıb ki, şagirdlərin təqdimatına münsiflər heyəti tərəfindən qiymət veriləcək, yekun tədbirdə isə müvafiq yerlər müəyyənləşdiriləcək və mükafatlandırma keçiriləcəkdir.

R.HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə