Bu yolda təhlükəsizlik sədləri təmir olunur DİQQƏT!

Bu yolda təhlükəsizlik sədləri təmir olunur DİQQƏT!

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 10-50-ci km hissəsində, qəzalar nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.

Bu barədə SİA-ya "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən məlumat verilib. Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə