Yüksək dağlıq ərazilərdə qar uçqunu ehtimalı var XƏBƏRDARLIQ

Yüksək dağlıq ərazilərdə qar uçqunu ehtimalı var XƏBƏRDARLIQ
Ekologiya və Təbii Sərvətlər Nazirliyi qar uçqunu ilə bağlı xəbərdarlıq edib. Nazirliyin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, martın 10-dan 13-dək cənub-qərb küləyinin arabir güclənməsi, temperaturun yüksəlməsi ilə əlaqədar yüksək dağlıq ərazilərdə qar uçqunu ehtimalı var. Qeyd edək ki, sabah rayonlarda havanın temperaturu gecə 1-6° isti, gündüz 14-19° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-11° isti təşkil edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə