DSX-nin hərbi hissələrində Beynəlxalq Qadınlar Günü silsilə tədbirlərlə qeyd edilib
Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissə və bölmələrində 8 Mart -Beynəlxalq Qadınlar Günü münasibətilə silsilə tədbirlər keçirilib. SİA-nın verdiyi məlumata görə, martın 7-də Dövlət Sərhəd Xidmətinin Aparatında Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Silahıl Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin bayram təbriki sərhədçi qadınlara çatdırılıb, 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş sənədli film nümayiş etdirilib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin qadınların cəmiyyətimizdəki rolunun artmasına, onların maddi rifahının yaxşılaşmasına, uşaqların sağlam böyüməsinə, azərbaycanlı ailələrin xoşbəxtliyinə göstərdiyi diqqət və qayğıdan, bu gün həmin siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilməsindən, qadınlarımızın müstəqil Azərbaycan dövlətinin inkişafındakı xüsusi xidmətlərindən danışılıb.
Gözəllik, sədaqət və ismət rəmzinə çevrilmiş, istedadlı və fədakar Azərbaycan qadınlarının mədəniyyətimizin, xalqımızın mili varlığını müəyyən edən mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanmasında və müasir dövrdə yaşadılmasında əvəzsiz xidmətləri ilə yanaşı, ordu qruculuğunda da fəal iştirak etmələri, Vətənimizin sərhədlərinin mühafizəsi kimi çətin və şərəfli vəzifənin yerinə yetirilməsində qadın hərbi qulluqçuların əzmkarlıq göstərməsi, xidməti vəzifələrinin öhdəsindən layiqincə gəlmələri qeyd olunub.
Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın dövlətçiliyimizin əsaslarının möhkəmləndirilməsinin, ölkəmizin ictimai - siyasi və mədəni həyatının dinamik inkişafına yönəldilmiş əzmkar fəaliyyəti ilə хalqımızın böyük rəğbətini qazanması xüsusi vurğulanıb.
Tədbirdə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəsinin müavini general-leytenant A.Ələkbərov sərhədçi qadınları təbrik etmiş, onlara xoşbəxt və firavan həyat, xidmətdə və şəxsi həyatlarında uğurlar arzulayıb.
Tədbirin sonunda xidmətdə fərqlənmiş sərhədçi qadınlara mükafatlar təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB