"Hindistan şirkətlərinin Azərbaycana marağı artır”

"Hindistan şirkətlərinin Azərbaycana marağı artır”

"Hindistan ilə Azərbaycan arasında ticarət dövriyyəsi 85 faiz artıb.2 Bu barədə Hindistanın Azərbaycana yeni təyin olunan səfiri Bavitlunq Vanlalvavnan jurnalistlərə müsahibəsində deyib.

“Hindistanla Azərbaycan arasındakı əlaqələrin qədim tarixi var. Bütün sahələrdə olduğu kimi, bizim iqtisadiyyat və investisiyalar sahələrində əlaqələrimizin inkişafını xüsusi qeyd etmək istəyirəm. 2016-cı illə müqayisədə son iki ildə Hindistan ilə Azərbaycan arasında ticarət dövriyyəsində 85 faiz artım müşahidə olunub. Bu, çox sevindirici haldır. Hindistan şirkətlərinin Azərbaycana marağı artır”, - deyə səfir qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə