"Azərbaycanda meşələrin çəpərlənməsi yalnız o zaman olacaq ki, oraya kənar müdaxilələr olsun". SİA-nın məlumatına görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bu gün keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, meşələrin çəpərlənməsi daimi olmayacaq: "Meşələrdə təbii bərpa prosesi baş verdikdən sonra meşələrdəki çəpərlər sökülür və onlar başqa ərazilərdə çəpərlənmə işləri aparılır. Belə bir təcrübə Qırğızıstanda da var".
Nazir müavini hesab edir ki, bəzi meşə fondu ərazilərinə mal-qaranın girişinin qarşısı alınmalıdır: "Bu halların qarşısının alınması üçün meşələrin çəpərlənməsi təcrübəsinin tətbiqi faydalı olar".
F.Əliyev xaricdən ting gətirən iş adamlarına da müraciət edərək bildirib ki, ETSN-nin kifayət qədər yerli şəraitə uyğunlaşdırılmış tingləri var: "Buna görə də xaricdən tinglərin gətirilməsinə ehtiyac yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB