"İçməli sudan texniki məqsədlər üçün istifadə olunmamalıdır"

"İçməli sudan texniki məqsədlər üçün istifadə olunmamalıdır"

"Su elə bir nemətdir ki, onu heç nə ilə əvəz etmək olmur. Bu mənada suya qənaət böyükdən kiçiyə hər kəsin borcu və vəzifəsidir. İçməli suya qənaət etməyin ən yaxşı yolu əhalinin sudan düzgün istifadə etməsidir". SİA-nın xəbərinə görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimovova jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, ilk növbədə texnki su ilə içməli su ayrılmalıdır: "İçməli suyun başqa məqsədlərlə istifadəsinə qadağa qoyulmalıdır. İçməli su ilə maşın, xalça yuyulması, təsərrüfatların suvarılması kimi vərdişləri tərgitmək lazımdır. Ən vacib məqamlardan biri isə suya yanaşma tərzinin dəyişməsidir. Bu vasitə inkişaf etmiş ölkələrdə təbii resurslara, içməli suya qənaət etməyə imkan yaradan ən güclü vasitə hesab olunur".

İ.İbrahimovova qeyd edib ki, gələcəkdə su qıtlığı ilə üzləşməmək üçün hamılıqla sudan qənaətlə, səmərəli istifadə olunmalı, su itkilərinə yol verilməməli, içməli sudan texniki məqsədlər üçün istifadə olunmamalıdır: "İçməli su qıtlığı probleminin olmaması üçün bir daha hamını suya qənaət etməyə çağırırıq".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə