"10 mart 2019-cu il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyi "Bu yaz özün bir təbiət yarat!" devizi altında yaz ağac əkini mövsümünə start verir". SİA-nın xəsərinə görə bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri Vüqar Kərimov bu gün keçirilən mətbuat konfransında məlumat verib.
O bildirib ki, yaz ağac əkininin başlanması ilə əlaqədar ETSN jurnalistlərlə birgə Zığ şossesinin kənarında ağacəkmə aksiyası keçirəcək və yeni salınmış yaşıllıq əraziyə "Yaşıl qələm jurnalistlər bağı" adı veriləcək: "Ayın 10-da 1200-1300 ədəd müxtəlif meyvə ağacları əkiləcək. Həmin park jurnalistlərə aid bağdır. Bizim məhz həmin ərazin seçməkdə məqsədimiz orada bizim idarələr tərəfindən qulluq göstərilməsidir. Meyvə ağacları bar verdikdə ondan bəhrələnə bilər, ümumilikdə ərazi rəsmi olaraq jurnalistlərə təhkim olunacaq".
Aparat rəhbəri əlavə edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ictimaiyyət nümayəndələrini yaz ağacəkmə aksiyalarında iştirak etməyə çağırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB