"Qadınlar cəmiyyətin aparıcı qüvvəsi olaraq çıxış edirlər" - MÜNASİBƏT

"Qadınlar cəmiyyətin aparıcı qüvvəsi olaraq çıxış edirlər" - MÜNASİBƏT

"Qaqadınlar Azərbaycan cəmiyyətinin inkişaf etdirilməsinə töhfə verən böyük resursdur. Azərbaycan höküməti qadınların Azərbaycanın həyatında daha geniş iştirak etməsi üçün böyük proqram həyata keçirir". SİA-nın məlumatına görə, bu sözləri Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş "Qadınlar Dayanıqlı İnkişafa doğru" adlı tədbirdə deyib.

Əli Əhmədov bildirib ki, gender bərabərliyinin təmin edilməsi ilə bağlı diskussiyalar aparsaq da, qadına olan münasibət, qayğı qadına sevgi ilə ifadə olunub: "Bu gün Azərbaycan qadınları Azərbaycan cəmiyyətinin qayğı obyektidir, eyni zamanda bütövlükdə cəmiyyətimizin inkişafının əhəmiyyətli hissəsini öz üzərinə götürən və funksiyanı layiqincə yerinə yetirən vətəndaşlarımız kimi formalaşıblar. Qadınlar cəmiyyətin aparıcı qüvvəsi olaraq çıxış edirlər. Bir sıra sahələrdə qadınlar aparıcı rol oynayırlar. Elmdə, təhsildə qadınlar iştirakçılıq səviyyəsinə görə kişilərdən xeyli yüksəkdə dayanır. Qadınların intellektual səviyyəsi kifayət qədər yüksəkdir".

Bütün xəbərlər Facebook səhifəmizdə