"2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərinə hədəflər müəyyən edilib" - AÇIQLAMA
"Azərbaycanda qadının ailədə cəmiyyətdə layiqli yer tutması dövlətimizin prioritet sahəsidir. İnsanın inkişafı, bütövlükdə qadın və kişilərin bərabər hüquqları, vəzifələri və imkanları deməkdir. 2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərinə hədəflər müəyyən edilib.
Baxmayaraq ki, gender bərabərliyi ayrıca məqsəd kimi göstərilib, lakin digər məqsədlərdə də gender komponenti var. Yoxsulluğun azaldılması, qidalanmanın yaxşılaşdırılması, hamı üçün ədalətli və keyfiyyətli təhsil imkanları, su ehtiyatlarından səmərəli istifadə, məşğulluq, təhlükəsizlik və ekoloji tarazlığın təmin edilməsi kimi hədəflərə nail olunmasında gender məsələləri əhəmiyyətli rol oynayır". Bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova 8 mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş "Qadınlar Dayanıqlı İnkişafa doğru" adlı tədbirdə çıxışı zamanı deyib.
Komitə sədri bildirib ki, qadınlarımız, qızlarımız dövlətin yaratdığı bütün imkanlardan yararlanır, sərbəst təhsil alır, peşə səviyyəsini artırır, ictimai-siyasi proseslərdə iştirak edir, siyasət, sahibkarlıq kimi sahələrdə geniş təmsil olunurlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB