Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 8 mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Qadınlar Dayanıqlı İnkişafa Doğru” adlı tədbir təşkil edib. SİA xəbər verir ki, əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib, “2018-ci ilin yekunları: Dövlət qadın siyasəti” adlı film nümayiş olunub.
Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva dövlətimizin başçısı İlham Əliyevin Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrikini oxuyub.
Sonra Azərbaycan elminin və mədəniyyətinin inkişafında öz sözlərini demiş, eləcə də ictimai-siyasi sahədə mühüm xidmətləri olan bir qrup qadına Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə verilmiş dövlət təltifləri təqdim olunub.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib ki, müasir demokratik Azərbaycan dövlətinin yaradıcısı ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş inkişaf strategiyasına uyğun olaraq bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikada nəhəng quruculuq işləri aparılır. Artıq ölkəmiz nəinki regionun, dünyanın lider dövlətləri sırasındadır. Azərbaycan son 15 il ərzində sürətlə inkişaf edib. Həyata keçirilən sosial layihələr, bir sıra sosial obyektlərin, texnoparkların açılışı buna əyani sübutdur.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov Azərbaycan xanımlarının uğurlarından və cəmiyyəətdəki rolundan danışıb.
Qeyd olunub ki, qadının ailədə, cəmiyyətdə layiqli yer tutması dövlətimizin əsas məqsədlərindən biridir. Qadın və qızlarımız dövlətin yaratdığı bütün imkanlardan yararlanır, təhsil alır, ictimai-siyasi proseslərdə fəal iştirak edir, yüksək vəzifələr tutur, sahibkarlıq sahəsində geniş təmsil olunurlar.
Rəsmi hissədə Azərbaycan elminin və mədəniyyətinin inkişafında öz sözlərini demiş, eləcə də ictimai-siyasi sahədə mühüm xidmətləri olan bir qrup qadına Prezident təltifləri təqdim olunub.
Hər il olduğu kimi bu il də ailə, qadın və uşaq siyasətinin həyata keçirilməsi sahəsində səmərəli fəaliyyət göstərmiş tanınmış ziyalılar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mükafatlandırılıblar.
Tədbirdə həmçinin əlil qadınların əl işlərindən ibarət satış sərgisi nümayiş etdirilib.
Tədbir konsert proqramı ilə başa çatıb.
Jalə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB