TBMM sədri TürkPA Katibliyində olub

TBMM sədri TürkPA Katibliyində olub

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun rəhbərlik etdiyi nümayəndə heyəti və Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) inzibati binasında olublar. SİA xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopa katibliyin fəaliyyəti və binada yaradılan şəraitlə bağlı ətraflı məlumat verilib. Qeyd edilib ki, fəaliyyətini ildən-ilə genişləndirən, beynəlxalq əlaqələrini gücləndirən TürkPA-nın katibliyinin inzibati binasında bütün lazımi şərait yaradılıb.

Türkiyə parlamentinin sədri TürkPA-nın fəaliyyətini əks etdirən fotosərgi ilə tanış olub, həmçinin burada yerləşən kitabxanadakı eksponatlara baxıb.

Mustafa Şentop TürkPA-nın inzibati binasının həyətində dostluq və qardaşlıq rəmzi olan həmişəyaşıl ağac əkib.

Sonda Assambleya çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub və qurumun gələcək fəaliyyətinə dair fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə