Lənkəranda Od çərşənbəsi

Martın 5-də Lənkəran şəhərində dəmiryol vağzalı qarşısında bayramsayağı bəzədilmiş meydanda Novruz bayramı atributlarından olan od çərşənbəsinin təntənəli qarşılanma mərasimi keçirilib. SİA-nın məlumatına görə, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun, İcra aparatının rəsmilərinin, rayonun hüquq-mühafizə orqa nlarının, idarə, müəssisə və təşkilatların rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi mərasimdə bayram tonqalı qalanıb, yerli incəsənət ustalarının ifasında maraqlı konsert proqramı səsləndirilib.

Minlərlə lənkəranlının sevinc hissi ilə tamaşa etdiyi Od çərşənbəsi şənliyində şən mahnılar, milli rəqslər, Novruz personajları – Bahar qızın ürəkləri riqqətə gətirən təbrik sözləri, Kosa və Keçəlin şirin, məzəli oyunları tamaşaçılara xoş ovqat bəxş edib.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə