Bu gün "Leyla Xəzəri" rəsm qaleriyasında 8 mart Beynəlxalq Qadınlar günü münasibəti ilə tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev jurnalistlərə açıqlama verib.
O, Qeyri-Hökumət Təşkilatlarında (QHT) təmsil olunan qadınların aktivliyi barədə fikirlərini bölüşüb: "Hesablamalarımıza görə 5 mindən çox xanım QHT-də fəaliyyət göstərir. Əlbəttə də bu çox yaxşı göstəricidir. Hesab edirəm ki, dövlət qurumlarında da çalışan xanımların sayı artmaqdadır. Bələdiyyə İnstutlarının və Qeyri-Hökumət Təşkilatlarının təşəbbüsü ilə ölkəmizdə keçirilən seçki proseslərində qadınlar çoxluq təşkil edir. Cəmiyyətin ictimai-siyasi həyatında da qadınlar aktiv rol almalıdır. Apardığımız statiskaya görə xanımların həyatdakı rolu və missiyası sürətlə inkişaf edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB