Azay Quluyev: "Azərbaycan xanımı diqqətə və hörmətə layiqdir" FOTOLAR

Azay Quluyev: "Azərbaycan xanımı diqqətə və hörmətə layiqdir" FOTOLAR

Bu gün "Leyla Xəzəri" rəsm qaleriyasında 8 mart Beynəlxalq Qadınlar günü münasibəti ilə tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev, Qeyri-Hökumət Təşkilatlarında çalışan xanımlar, media nümayəndələri və başqaları iştirak ediblər.

Tədbiri giriş sözü ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev açıb: "8 mart Beynəlxalq Qadınlar günü münasibəti ilə öncə Azərbaycanıın birinci xanımı Mehriban Əliyevanı təbrik edirəm. Xanımlarımız bacımız, övladımız, iş yoldaşımızdır. Ən əsası Azərbaycan xanımı əsgər anasıdır. Hər bir kişi 8 mart Beynəlxalq Qadınlar gününü diqqətdə saxlayıb, xanımlarımızı təbrik etməlidir. Onlar bütün diqqətə və hörmətə layiqdirlər. Onu da qeyd edim ki, müəssələrin çoxunda xanımlarımız çalışır. Biz kişilərin xanımların dəstəyinə hər zaman ehtiyacı vardır. Azərbaycan xanımlarına uzun ömür, can sağlığı arzulayıram".

Daha sonra tədbirdə xatirə şəkilləri çəkilib.

Qeyd edək ki, mərasim tədbirə gələn xanımların rəqsləri ilə davam edib.

Müəllif: Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə