Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yeni saytı (http://www.seferberlik.gov.az) artıq bir neçə aydır ki, istifadəçilərin ixtiyarına verilib. SİA-nın verdiyi məlumata görə, xəbərləri iki dildə - Azərbaycan və ingilis dilində dərc edilən saytın bir neçə özəlliyi var.
Əvvəla, müxtəlif bölmələrdə yerləşdirilmiş məlumatlara giriş asanlaşıb və xidmət haqqında məlumatlar zəngindir, oxucu istədiyi materiala baxa və ondan istifadə edə bilər. İkincisi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında bütün hüquqi aktlar, qanun və qərarlar saytda yer alıb. Üçüncüsü və ən əsası isə çağırışçılar və onların valideynləri sayta sorğu göndərməklə övladlarının harada xidmət edəcəyi barədə məlumatları birbaşa əldə edə bilərlər. Vətəndaşların müraciətlərinə baxılma qaydası, Şikayət etmə vasitələri bölümləri SHXÇDX-nin şəffaf xidmət göstərməsinin bariz nümunəsi kimi qiymətləndirilməlidir.
Bundan başqa SHXÇDX-nin sosial şəbəkə hesabları aktivdir:
https://twitter.com/seferberlik_az
https://www.facebook.com/SeferberlikXidmeti/
https://www.youtube.com/channel/UCj2wprFogvy87qa87kj57Qw
SHXÇDX bu platformada ötən ilin ikinci yarısından başlayaraq fəal iş aparır. Xidmət media ilə əməkdaşlığa açıqdır və bu istiqamətdə iş aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB