MŞ sədri: "Ombudsmanın məruzəsində spesifik məsələlər gündəmə gətirilib”
“Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin 2018-ci il üzrə illik məruzəsində spesifik məsələlər də gündəmə gətirilib. Bu, ilk dəfədir. Jurnalist ordusuna qeyri-peşəkar, qeyri-etik cavablar da qeydə alınıb. Haqlı olaraq o da vurğulanıb ki, jurnalist peşəkar olmalı, vətəndaşların şəxsi həyatına müdaxilə etməməli, şərəf və ləyaqət prinsipinə hörmətlə yanaşmalı, işgüzar nüfuza xələl gətirməməlidir”. SİA-nın xəbərinə görə, bu fikirləri deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşov parlamentin bu gün keçirilən plenar iclasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin 2018-ci il üzrə illik məruzəsinin müzakirəsi zamanı çıxış edərkən deyib.
Onun sözlərinə görə, sənəddə bu tip halların daha çox internet mediada qeydə alındığı vurğulanıb: “Bu, internet-media sahəsindəki qanunvericiliyə yeni baxışın vacibliyini önə çəkir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB