Bir devizimiz var: biz mütləq o torpaqlara qayıdacağıq

Bir devizimiz var: biz mütləq o torpaqlara qayıdacağıq

Beynəlxalq Diaspora Mərkəzinin sədri İsmayıl Ağayevin verdiyi müsahibədə bildirib ki, rəhbərlik etdiyi təşkilat bu il ərzində də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, ermənilərin Azərbaycanda həyata keçirdikləri deportasiya və soyqırım siyasətinin Avropa institutları və parlamentlərində, ayrı-ayrı ölkələrin lazımı təşkilatlarında müzakirəyə çıxarılması və müvafiq qərarların qəbul edilməsi istiqamətində aktiv fəaliyyətini davam etdirəcək. İsmayıl Ağayev qarşıda duran digər vəzifələr barədə də danışıb.

- Təəssüflər olsun ki, hələlik Ermənistan-Azərbaycan münaqişəsi, ermənilərin Azərbaycan ərazilərində törətdikləri vəhşiliklər barədə Avropanın ayrı-ayrı institutlarında istənilən səviyyədə müzakirələrin təşkili və müvafiq qərarların qəbuluna nail olmamışıq. Bu da dünyada mövcud olan ikili standartlarla bağlıdır. Onu da qeyd edim ki, Beynəlxalq Diaspora Mərkəzi olaraq 2010-cu ildə deportasiya və soyqırıma məruz qalmış qərbi azərbaycanlıların haqq və hüquqularının beynəlxalq müstəviyə, Avropa İnsan Hüquqları Məhkəməsinə qaldırılmasına nail olduq. Təkcə keçən il bu istiqamətdə 40-a yaxın ərizə Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilib və həmin ərizələr adı çəkilən instansiyada qeydə alınıb. Mərkəz azərbaycanlıların deportasiya və soyqırımı ilə bağlı bir sıra konfranslar da təşkil edib və deportasiya və soyqırıma həsr olunmuş 11 dəqiqəlik film hazırlayıb. Bu il üçün əsas fəaliyyət istiqamətlərimiz də məhz qeyd edilən sahələri əhatə edəcək. Beynəlxalq Diaspora Mərkəzi olaraq "Xocalıya ədalət" kampaniyasında daha yaxından iştirak edəcəyik. Hesab edirəm ki, Azərbaycan tərəfi olaraq Ermənistanla aparılan mübarizədə informasiya mübarizəsinə daha çox diqqət yetirməli və bu mübarizəni gücləndirməliyik. İnformasiya mübarizəsində də məhz ermənilərin istifadə etdikləri üsul və vasitələrdən istifadə edilməlidir. Çünki ermənilər illər uzunu məzlum bir xalq olduqları, guya türklərin onları soyqırıma məruz qoyduqlarını yalan faktlarla dünyaya çatdırmaqla məşğuldurlar. Ancaq həqiqət ondan ibarətdir ki, əsl deportasiya və soyqırımı ermənilər həyata keçirib. Bu gün İrəvan xanlığı, Zəngəzur mahalı, Qarabağ işğal altındadır. Xocalı başda olmaqla işğal altında olan ərazilərimizə dəymiş maddi, mənəvi və hüquq pozuntuları aradan götürülməyib. Nə qədər ki, ermənilər bu hüquq pozuntularına görə cavab verməyiblər, Beynəlxalq Diaspora Mərkəzi olaraq bu istiqamətdə fəaliyyətimizi dayandıra bilmərik. Ona görə də bu il çalışacağıq ki, Avropa parlamentlərində azərbaycanlıların deportasiya və soyqırımı ilə bağlı filmlərin, kitabların yayılmasına nail olaq. Əsas məqsəd deportasiya və soyqırımla bağlı əsl həqiqətləri dünya ictimaiyyətinə yaymaq, Azərbaycanın haqq səsini beynəlxalq aləmə çatdırmaqdır. Bizim bir devizimiz var. Biz mütləq o torpaqlara qayıdacağıq. Artıq cənab prezident İlham Əliyev də bu məsələni ortaya qoyub ki, biz mütləq o torpaqlara qayıdacağıq. Beynəlxalq Diaspora Mərkəzi olaraq biz də bu devizi əsas ana xətt hesab edirik. Hətta mərkəz olaraq bu ada buklet buraxmağı da nəzərdə tutmuşuq. Bununla bağlı Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarının İnkişafına Dövlət Dəstəyi Şurasına da layihə təqdim etmişik. Eyni zamanda il ərzində Avropadakı ayrı-ayrı dostlarımız vasitəsilə Azərbaycanın problemlərinə həsr olumuş tədbirlər keçirməyi də planlaşdırmışıq. Ümumiyyətlə görüləsi işlərimiz çoxdur.

- Həmin bukletdə əsasən nə öz əksini tapacaq?

- Həmin bukletdə ermənilərin Qarabağ xanlığına yerləşdirilməsi, sonradan mərhələli şəkildə azərbaycanlıların deportasiyaya məruz qalması öz əksini tapacaq. Həmçinin bukletdə bu deportasiya və soyqırımın nəticələri də yer alacaq. Bukletin əsas mahiyyəti, qayəsi bundan ibarətdir. Yəni, azərbaycanlılara qarşı həyata keçirilən soyqırımlar, onun mərhələləri və nəticələri. Buklet 4 mərhələni əhatə edir. Birinci mərhələ azərbaycanlıların tarixi vətənlərindən köçürülməsi, ikinci və üçüncü mərhələ onların deportasiyaya məruz qalması, nəhayət dördüncü mərhələ türksüz Ermənistanın yaradılmasıdır. Buklet həm Azərbaycan, həm də ingilis dilində çap edilərək dünyaya yayılacaq.

 

- Beynəlxalq Diaspora Mərkəzi olaraq 26 fevral Xocalı faciəsinin ildönümü ərəfəsində hansı tədbirlər keçirməyi nəzərdə tutumusunuz?

- Artıq iş planımıza uyğun olaraq Polşanın Katovski, Çexiyanın Brno şəhərində, eləcə də Belçikanın paytaxtı Brüsseldə Beynəlxalq Diaspora Mərkəzi ali təhsil ocaqlarında dəyirmi masa, konfranslar təşkil edəcək, soyqırım və deportasiya ilə bağlı hazırlanmış filmlər nümayiş etdiriləcək. Artıq bu istiqamətdə müvafiq işlər aparılır və müəyyən razılaşmalar əldə edilib. 26 fevral Xocalı soyqırımının ildönümü ərəfəsində Beynəlxalq Diaspora Mərkəzi bu tədbirləri həyata keçirəcək.

 

- Türkiyənin Qars vilayətində Türkiyə-Ermənistan dostluğunu əks etdirən abidənin sökülməsi qərarını necə qiymətləndirirsiniz? Bu erməni tərəfində bir qədər də qıcıq yaratmayacaq?

- Bir məsələni qeyd etmək yerinə düşər ki, Azərbaycan və türk diasporalarının, eləcə də hökumətlərin atmış olduğu addımlar həmişə erməni tərəfini qıcıqlandırıb. Hətta hər hansı bir addım atılmasa belə ermənilərdə müəyyən qıcıq yaranır. Ermənilər vampir kimi bir şeydirlər. Onlar da vampirlər kimi nə qədər çox qan içirsə, bir o qədər də ləzzət alırlar. Ermənilər nə qədər torpaq işğal etsələr, insanları deportasiya və soyqırıma məruz qoysalar da bu iyrənc əməllərindən doymurlar. O ki qaldı Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Qarsda Türkiyə-Ermənistan dostluğunu əks etdirən abidənin sökülməsi barədə göstərişinə, biz Beynəlxalq Diaspora Mərkəzi olaraq Türkiyə baş nazirinin bu qərarını yüksək səviyyədə dəstəkləyir, çoxminli üzvlərimiz tərəfindən cənab Ərdoğana təşəkkür edirik. Artıq bununla bağlı Türkiyənin Azərbaycandakı səfirliyinə də məktub göndərmişik. Təbii ki, Türkiyə baş nazirinin bu qərarı erməniləri qıcıqlandıracaq. Ancaq ermənilər birmənalı şəkildə bilməlidirlər ki, Qarabağı işğaldan azad etməyincə, Türkiyəyə qarşı torpaq iddiasını geri götürməyincə, eləcə də Ağrı dağını öz simvollarından çıxarmayınca heç bir dostluq və qardaşlıqdan söhbət gedə bilməz. Dostluq, qardaşlıq ikitərəfli olmalıdır. Bu münasibətlər birtərəfli qaydada mümkün deyil. Biz nə qədər onlara dostluq mesajı versək, abidə ucaltsaq, sərhəd açsaq da ermənilər Azərbaycan və Türkiyəyə qarşı torpaq iddialarından əl çəkmirlər. Çünki bu ermənilərin xislətidir. Qarsdakı abidənini götürülməsi ermənilərə dərs olmalıdır ki, birtərəfli qaydada dostluq ola bilməz. Yalnız ermənilər işğal altında olan Azərbaycan ərazilərini azad etdikdən, qaçqın və məcburi köçkünlər öz doğma torpaqlarına qayıtdıqdan, eləcə də Azərbaycan və Türkiyəyə qarşı olan iddialar geri götürüldükdən sonra dostluq, qardaşlıq abidəsi ola bilər. Hətta Türkiyə ilə Ermənistan arasında sərhədlər də açıla bilər. Təbii ki, bu hadisədən sonra ermənilər yenə də dünyaya bəyan edəcəklər ki, türklər sülhə razı deyillər. Ancaq beynəlxalq ictimaiyyət gözəl bilir ki, həm Azərbaycan, həm də Türkiyə sülhpərvər bir ölkədir. Ancaq birtərəfli qaydada bu proses ola bilməz. Çünki ermənilər həmişə bu məsələdə çığallıq edib, öz mövqelərini ortaya qoya bilməyiblər. Ermənilər öz mövqelərini ona görə ortaya qoya bilmirlər ki, bu ölkə oyuncaq bir dövlətdir, hər tərəfdən asılı bir vəziyyətdədir. Onu da qeyd edim ki, bu yaxınlarda isə Türkiyənin Van vilayətindən Ermənistana yeni bir təyyarə reysi açmaq istəyirlər. Hesab edirəm ki, bu da mümkün bir variant deyil. Əgər Ermənistanla olan quru sərhədlər məlum şərtlər daxilində bağlanıbsa, hava sərhədləri də bağlı olmalıdır.

 

- Beynəlxalq Diaspora Mərkəzinin bu il hansı öıkələrdə yeni nümayəndəliklərinin açılması gözlənilir?

- Beynəlxalq Diaspora Mərkəzinin Məşvərət Məclisinin sədri, millət vəkili Gülər Əhmədova Almaniya səfəri çərçivəsində BDM-in bu ölkədə bürosunun yaradılması ilə bağlı danışıqlar aparıb və müvafiq razılıq əldə olunub. Artıq bu istiqamətdə işlər gedir. Mərkəzin nümayəndəliyi Berlin şəhərində olacaq. Berlindəki nümayəndəliyimizə Nailə Əliyeva rəhbərlik edəcək. Nailə Əliyeva Türkiyədə anadan olub. Onun da valideynləri 1905-18-ci illərdə ermənilər tərəfindən deportasiya və soyqırıma məruz qalıb və məcburiyyət qarşısında qalaraq Türkiyəyə keçiblər. O, Azərbaycanı sevən bir insandır və Almaniyada dövlət işində çalışır.Həmçinin il ərzində Fransanın Strasburq şəhərində də Beynəlxalq Diaspora Mərkəzinin nümayəndəliyi açılacaq. Bir müddət əvvəl Türkiyənin İzmir və İqdır vilayətində mərkəzin nümayəndəlikləri yaradılıb. Hazırda İspaniya, Belçika, İtaliya, Polşa, Çexiya, Ukrayna və Belarusda nümayəndəliklərimiz fəaliyyət göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə