Bakının bu rayonunda su olmayacaq

Bakının bu rayonunda su olmayacaq

Martın 5-də gün ərzində Nərimanov rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. “Azərsu” ASC-dən SİA-ya verilən məlumata görə, məhdudiyyətlər Bakı şəhəri, Nərimanov rayonu, Molla Cümə küçəsində su təchizatı sistemində yenidənqurma işlərinin aparılması ilə əlaqədardır.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Bütün xəbərlər Facebook səhifəmizdə