Bu gün Bakı şəhər Gənclər və İdman Baş İdarəsində "5 mart -Bədən Tərbiyəsi və İdman Günü"nə həsr olunmuş tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbiri Baş İdarənin rəisi Raqif Abbasov giriş sözü ilə açaraq tədbir iştirakçılarnı qarşıdan gələn "5 mart- Bədən Tərbiyəsi və İdman Günü" münasibəti ilə gənclər və idman naziri Azad Rəhimovun adından təbrik edib.
Sonra Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev adına Akademiyasının nəzdində Velosiped İdman Klubunun rəhbəri Vüqar Salahov, Bakı şəhər Tibbi Bədən Tərbiyəsi Dispanserinin direktoru Nərmin Qasımova, Abşeron Olimpiya İdman Kompleksinin direktoru Əjdər Abbasov, Hövsan Olimpiya İdman Kompleksinin direktoru Elşən Əliyev, Çerlidinq Federasiyasının prezidenti Alla Vlasova , Qocyu-ryu okinava karate-do və kobudo kempo-ryu Federasiyasının baş katibi Pərviz Hüseynov, Alpaqut Federasiyasının vitse-prezidenti Rafiq Qasımov, kunq-fu üzrə əməkdar məşqçi Babək Hüseynov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin məsul əməkdaşı Valentina Sultanova, 269 nömrəli tam orta məktəbin idman müəllimi Azər Ələkbərov, 26 nömrəli tam orta məktəbin idman müəllimi Rəfael Aşumov, 254 nömrəli tam orta məktəbin idman müəllimi Səməndər Allahverdiyev fəxri fərmanlarla təltif olunmuş, idmançılardan aprel döyüşlərinin qazisi Elməddin Rüstəmova, Ülvira Rüstəmliyə idman ustalığına namizəd, Elnaz Soltanlıvə Zəhra Salmanlıya birinci dərəcə kitabçaları təqdim edilmişdir.
Təltiflərdən sonra “İdman və Sağlamlıq” kitabının redaktoru, fəlsəfə doktoru , Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü Şahrza Ağayev və kitabın müəllifi Seyvəddin Məmmədov tədbir iştirakçılarını təbrik edib. Müəllif kitabın ərsəyə gəlməsində xüsusi rolu və köməyi olan Baş İdarənin rəhbərliyinə minnətdarlıqlarını bildirmiş, kitab haqqında geniş məlumat vermidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB