ADBTİA-nın prorektoru, professor Yusif Babanlı ali məktəblərdə bədən tərbiyəsi və idmanın inkişaf yolları istiqamətində təkliflər irəli sürüb. SİA-ya açıqlamasında professor Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 2005-ci il, 4 mart tarixli Sərəncamından bəhs edib, "Bədən Tərbiyəsi və İdman Günü"nün əhəmiyyətini vurğulayıb.
O, əlavə edib ki, bu əlamətdar gün münasibəti ilə xalqımızı, idman mütəxəssislərini, idman müəllimlərini, bu peşəyə sahib olan və idmanı sevən hər kəsi ürəkdən təbrik edir, bundan sonrakı fəaliyyətlərində bol-bol uğurlar diləyirik: "Azərbaycan Respublikasında həyata keçirilən uğurlu, məqsədyönlü və davamlı ictimai-siyasi və sosial siyasət tələbə-gənclərin fiziki tərbiyəsində və ümumilikdə idmanın inkişafında da mühüm rol oynamışdır. Bu sahədə müasir qanunvericilik bazasının yaradılması, effektiv idarəetmə sisteminin formalaşdırılması, maddi-texniki bazanın inkişafı istiqamətində dövlət tərəfindən həyata keçirilmiş islahatlar Azərbaycan idmanının beynəlxalq miqyasda uğurları üçün yol açmışdır. Bu gün dövlətimiz qarşısında duran əsas məsələlərdən biri də hərtərəfli inkişaf etmiş, dövlətimizin nüfuzunu yüksəldən, mötəbər yarış arenalarında bayrağmızı qaldıran şəxsiyyətlər yetişdirməkdir. Bu missiyanın yerinə yetirilməsində təhsil və idman müəssisələrinin rolu böyükdür. Respublikamızda təhsillə bağlı qəbul edilən normativ hüquqi sənədlərdə tələbələrin şəxsiyyətinin formalaşdırılmasında fiziki tərbiyəyə xüsusi önəm verilir. Ulu öndər Heydər Əliyev demişdir ki, “Azərbaycanda da idmanın, fiziki tərbiyyənin kütləvi surətdə inkişaf etməsinə ciddi fikir verməliyik. Bu bizim vəzifəmiz və eyni zamanda borcumuzdur. Bu xalqımızın gələcəyidir, gələcək nəsillərin daha sağlam olmasının əsasıdır. Biz idmana, fiziki tərbiyəyə qayğı göstərərək millət, xalq, vətən qarşısında öz borcumuzu yerinə yetiririk...”.
Ulu öndərin haqlı olaraq vuğuladığı kimi biz, idman mütəxəssisləri, idman müəllimləri məktəblərdə fənnin tədrisinin və tələbə-gənclərin fiziki tərbiyəsinin keyfiyyətini artırmaq üçün vətən qarşısında öz borcumuzu yerinə yetirməliyik. Təhsil sahəsindəki rəhbər sənədlərdə təhsil müəssisələrində fiziki tərbiyə işini daim təkmilləşdirmək, tədrisin səmərəliliyini yüksəltmək bu gün də, sabah da yenidən qurulması ciddi tələb olunur. Bu gün fəaliyyəti böyük bir sahəni əhatə edən bəzi ali təhsil müəssisələrində idman kafedraları deyil, idman klubları fəaliyyət göstərir. Belə ali təhsil müəssisələrində idman klublarının əvəzinə idman kafedralarının bərpası burada bədən tərbiyəsi və idman sahəsinindaha da inkişaf etməsinə kömək ola bilər. Yaradılan “Bədən tərbiyəsi və idman” kafedralarına idman mütəxəssisləri və işini mükəmməl bilən idman müəllimləri işə cəlb olunmalıdır. Həmin kafedralarda fiziki tərbiyənin aşılanmasında yeni pedaqoji texnologiyalarla yanaşıdünya təcrübəsinə istinad edilərək tədris proqramları tətbiq olunmalı və ən əsasıda, idman zalları, idman qurğuları müasir səviyyədə təşkil olunmalıdır. Məhz bu qayğı və diqqətdən sonra, biz ali təhsil müəssisələrində bədən tərbiyəsi və idmanın sürətli inkişafına nail ola bilər, ən əsası, Azərbaycan idmanına öz layiqli töhfəmizi verə bilərik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB